Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Bütün faktlar ABŞ-a göndərilib”

33d5a947-e92d-472e-9b8a-3ea5fbac5451

Türkiyənin paytaxtı Ankarada demokratiyaya dəstək nümayişində vətəndaşlarla bir araya gələn xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırıb.

Xeberinfo.com:    “Anadolu” agentliyinə istinadən xəbərə görə, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əli olması ilə bağlı ABŞ-a bütün dəlilləri təqdim etdiklərini, axtarışda olan şəxslərin təslim edilməsi ilə bağlı iki ölkə arasında müvafiq razılaşmaların olduğunu bildirib:

“Biz təbii ki, B və C planını düşünmürük. ABŞ-ın bu günə qədər istədiyi terrorçuları onlara təslim etdik. ABŞ-ın da bu terrorçunu bizə təslim etməsini gözləyirik”.
Çavuşoğlu Qərb ölkələrini terrorçuluğa dəstək verməkdə ittiham edib. “Terror təşkilatlarına sahib çıxan Avropa ölkələrinə deyirik: – bunu sizə də faydası yoxdur. Bu günə qədər bizim təslim etdiyimiz terrorçuları da sərbəst buraxdınız. Onların sərbəst fəaliyyətlərinə zəmin yaratdınız, sonu nə oldu? Təəssüf ki, Avropanın bir çox yerlərində terror hücumları baş verdi” – deyə xarici işlər naziri bildirib.
Çavuşoğlu bildirib ki, Türkiyə Avropa ölkələrindən çoxlu sayda PKK terrorçusunun təslim edilməsini istəyib. O, qeyd edib ki, Türkiyədə iş adamını qətlə yetirən terrorçular Belçikada rahat şəkildə gəzə bilirlər.
“Məgər bunun Belçikaya faydası varmı? Təəssüf ki, Belçika da uzun müddətdir terror təhdidi altındadır. Terrorçu kim olursa-olsun, ona sahib çıxmaq doğru deyil. Terrorçuya yardım etmək, ona məskən vermək qoynunda ilanla yatmağa bənzəyir. O, bir gün səni də məhv edər, onu bəsləmə” – deyə Mövlud Çavuşoğlu əlavə edib.
Türkiyənin xarici işlər naziri Avropa dövlətlərini öz ölkəsinə qarşı sadiq olmağa, ikili standartlardan uzaq olmağa çağırıb. Onun sözlərinə görə, Türkiyənin Qərb dövlətlərindən gözlədiyi budur.
Çavuşoğlu dövlət çevrilişi cəhdindən sonra ölkədən qaçanların nəyin bahasına olursa-olsun, Türkiyəyə gətiriləcəyini bildirib.
“Türkiyədən qaçanların izinə düşmüşük. Onları da geri qaytaracağıq, onlardan da hesab sorulacaq. Əsgər qiyafəsi ilə Yunanıstama sığınandan adam ola bilərmi, türk ola bilərmi? Bunlar bir müddətdir PKK terror təşkilatı ilə əlaqədədirlər. Onlara dövlətin bütün sirlərini satdıqlarını, verdiklərini bilirik” – deyə nazir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam