Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək”

elmar

 

“Biz inanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt çatıb. Bu münaqişə həll olunmalıdır. Addım-addım bu məsələni yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Azərbaycan bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. “Status-kvo”nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil”. 

Xeberinfo.com:   Gununsesi.info-nun məlumatına görə, bu haqda xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib. E Məmmədyarov qeyd edib ki, “Son ilyarım ərzində 4 dəfə Almaniyaya səfər edib. Bu qənaətə gəlib ki, Almaniya ilə Azərbaycan arasında münasibətlər günü-gündən gücləndirilir. Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu deyən nazir bildirib ki, Azərbaycanın təqdim etdiyi enerji, nəqliyyat layihələrinə böyük maraq var: “Azərbaycan Almaniya mədəniyyət abidələrinin bərpası üçün böyük işlər görür. Azərbaycan Aİ-yə strateji tərəfdaşlıq haqqında layihə təqdim edib. Düşünürük ki, danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək. Aİ ilə münasibətlərimiz gündən günə güclənir”, – deyə o vurğulayıb.Aİ ilə münasibətlərimiz gündən günə güclənir”, – deyə o vurğulayıb. E. Məmmədyarov Dağlıq Qarabağ məsələsinə toxunulduğunu da bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam