Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir”

Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir”

 

 

Bu gün prezident İlham Əliyev və Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Binəli Yıldırım arasında təkbətək görüş olub. 
 
Xeberinfo.com:   APA-nın  məlumatına görə, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. 
 
Prezident İlham Əliyev B. Yıldırımı yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib: “Çox şadam ki, ilk rəsmi səfərinizi məhz Azərbaycana edirsiniz. Bu, bir daha göstərir ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bizim məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirməkdir. İqtisadiyyat, nəqliyyat və digər sahələrdə uğurla əməkdaşlıq edirik. İki ölkənin münasibətləri bu gün yüksək səviyyədədir. Enerji və nəqliyyat layihələri uğurla icra edilir. İnanıram ki, yaxın vaxtlarda böyük əhəmiyyətə malik bu layihələrin açılışını edəcəyik. Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir ”. 
 
B. Yıldırım isə xatırladıb ki, Türkiyədə yeni hökumət qurulan zaman hökumət başçısının ilk olaraq Şimali Kipr və Azərbaycana səfər etməsi ənənə halını alıb: “Biz tək millət, iki dövlətik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”.
 
Görüş daha sonra qapalı şəraitdə davam edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam