Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pasportları yanmış 9 zəvvar Bakıya qayıtdı

 

İranın Bakıdakı səfirliyi zəvvarlara kompensasiya da ödəyəcək

 

     "xeberinfo.com": Avtobusları qəzaya uğramış və pasportları yanmış 9 zəvvar keçən gecəni İranın Biləsuvar gömrüyündə qalandan sonra İranın Bakıdakı səfiri Möhsün Pak Ayin-in vasitəçiliyi ilə Bakıya qayıtmağa icazə alaraq ölkələrinə dönüblər.

 

    Əldə etdiyimiz son məlumata görə, Azərbaycan Respublikasının Biləsuvar gömrüyündən keçməsinə icazə verilmədiyi üçün yeni pasport almaq məqsədi ilə Tehrana qayıtmalı olan zəvvarlar nəhayət ki, səfiri Möhsün Pak Ayin-in vasitəçiliyi ilə Bakıya qayıda biliblər. Məlumata görə, İranın Bakıdakı səfirliyi zəvvarlara kompensasiya da ödəyəcək.

 

    Bunda əvvəl bildirilib ki, pasportları yanmış zəvvarlar bu gün Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə gedib yeni pasport istəyəcəklər. Lakin son anda bu məsələ səfir Möhsün Pak Ain-in diplomatic səyi ilə həll olunub.

 

    Qeyd etmək lazımdir ki, dünən Kərbəla və Məşhəd ziyarətindən qayıdan Azərbaycan Respublikası vətəndaşlarının avtobusun Ərdəbil ostanında qəzaya uğraması nəticəsində 6 zəvvar bədən xəsarəti alıb.

 

    Qəza nəticəsində od tutub yanan avtobusdan müsafirlər tez bir zamanda təxliyə olunduğu üçün xoşbəxylikdən digər müsafirlərə ağır bədən xəsarəti dəyməyib.

 

    Hadisə Ərdəbilin Sərçəm cadasında 9-cu və 10-cu tunellərin arasında baş verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam