Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyadan Azərbaycana şok ərazi İDDİASI

 

Ramon Daliyev adlı dağıstanlı blogger separatçılıq toxumu səpəcək müəllif yazı ilə çıxış edib. 

 "xeberinfo.com":Daliyev “əgər tarixi ədaləti bərpa edib Rusiyanın torpaqlarını geri qaytarırlarsa, bunu axıra qədər etmək lazımdır” iddiasını ortaya atır: ”Yarı yolda dayanmaq lazım deyil. Krımı geri qaytardıq, gəlin sərhədlərin otayında qalmış ərazilərimizi də doğma Rusiyamıza daxil edək. Azərbaycanın şimalında Rusiyaya qaytarılası ərazi var. Həmin ərazilərin 90 faizi ləzgilərdi. Keçmiş Sovet vətəndaşları. Günlərin birində Stalin çay boyunca bir xalqı iki hissəyə böldürdü. Bu, ona sərf edirdi. Eynilə Krımda olduğu kimi, sadəcə birini Xruşşov, digərini isə Stalin vermişdi. 500 mindən çox ləzgi Azərbaycan tərəfində qaldı. Hazırda onlar təzyiq və aqressiya altında yaşayırlar. Türkləşmə prosesinə məruz qalıblar”. 

Daliyev sonra vurğulayıb ki, dövlət daxildə yaşayan xalqlara eyni gözlə baxdıqda güclüdü. Əlavə edib ki, çıxış yolunu Rusiyanın dəstəyində görürlər:”Rusiyanın dəstəyindən yararlanmaq istəyirik. Bu zaman qazancımız nə olacaq? Qəbələ RLS-in də daxil olduğu ərazilərin hamısı Rusiyaya birləşdiriləcək. Həmçinin tropik iqlimə malik Qafqaz sıra dağlarının cənub yamaclarını əldə etmiş olacağıq. Bu, strateji əhəmiyyət kəsb edir. Əgər həmin torpaqları qaytara bilsək, dünyanın yarısını nəzarətdə saxlaya biləcəyik. Bundan başqa, Azərbaycan neftinin nəqlinin nəzarəti də əlimizə keçəcək. Odur ki, nə sanksiyalardan, nə də digər qadağaları nəzərə almadan əməli işə keçməliyik. Bunu gecikdirmək olmaz”. 

 P.S. Xəbər vermək missiyasından uzaqlaşmağa və ramodaliyevlərə xırdaca xatırlatma verməyə məcburuq: Əslində, Dərbəndə qədər ərazi Azərbaycanın tarixi torpaqlarıdır və bu ərazi Azərbaycan Xalq Cümhuriyyəti dövründə də (1918-20) Azərbaycan torpağı olaraq Avropa və ABŞ tərəfindən tanınıb. Digər tərəfdən, Azərbaycanda yaşayan azsaylı xalqların sayını şişirtməklə heç nəyə nail olmaq mümkün deyil: bu vətən hamının, bütün azərbaycanlılarındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam