Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"Heyif ki, atəşkəs tez bərpa olundu"

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Xeberinfo.com:  Məlumata görə, iclasda çıxış edən deputatlar son günlər cəbhədə baş verən hadisələrə münasibət bildiriblər. Çıxış edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, ordumuzun şücaəti xalqımız tərəfindən yüksək qiymətləndirilir. Deputat qeyd edib ki, Azərbaycan ordusu növbəti dəfə düşmənin təxribatına layiqli cavab verib:


“Ordumuz tərəfindən düşmənin geri oturdulması hamımızı sevindirir. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları hər bir kəs, bütövlükdə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Ölkə rəhbərliyinin bu istiqamətdəki siyasəti də birmənalı şəkildə dəstəklənir. Hər birimiz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, erməni qəsbkarları Azərbaycan torpaqlarından geri çəkilməlidir.

Münaqişənin tənzimlənməsi ilə bağlı yenidən danışıqlar prosesi gedir, atəşkəs rejimi yenidən bərpa olunub. Amma bununla yanaşı, biz yenə də sayıqlığımızı itirməməliyik. Artıq münaqişə öz həllini tapmalıdır, sülh danışıqları öz nəticəsini verməlidir, erməni işğalçıları işğala son qoymalıdır, torpaqlarımızdan birdəfəlik geri çəkilməlidir”. 

Deputat Vahid Əhmədov isə bildirib ki, uğurlu hərbi əməliyyatlar danışıqlar prosesində Azərbaycanın mövqeyini daha da gücləndirmiş olacaq. Deputat eyni zamanda, atəşkəs rejiminin tez bir zamanda bərpa olunmasından təəssüfləndiyini qeyd edib: 

“Heyif ki, atəşkəs tez bərpa olundu. Kaş ordumuz daha çox ərazilərimizi işğaldan azad etdikdən sonra bu addıma gediləydi. Amma ermənilərin havadarları çox əl-ayağa düşdülər və çalışdılar ki, atəşkəs tez bərpa olunsun. Azərbaycan xalqında və ordusunda böyük ruh yüksəkliyi, döyüş əzmi var. Azərbaycan xalqı ölkə başçısının bu istiqamətdəki siyasətini dəstəkləyir”. 

V.Əhmədov qeyd edib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq danışıqlar yolu ilə öz ədalətli həlli tapmalıdır:

“Artıq beynəlxalq vasitəçilər öz ədalətli mövqelərini ortaya qoymalıdırlar, Ermənistanı sülhə məcbur etməlidirlər. Yoxsa, münaqişə yenidən alovlanacaq, yəni, Azərbaycan xalqı digər vasitələrdən istifadə etməklə öz ərzailərini erməni işğalından azad edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam