Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Leyla və Arif Yunus ölkədən planlı şəkildə çıxarılıb"

“Leyla və Arif Yunusların Hollandiyadan siyasi sığınacaq istəməsi gözlənilən idi”.

Xeberinfo.com:   Bunu azvision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra-katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

YAP funksioneri qeyd edib ki, Yunuslar Avropa ölkəsindən sığınacaq istəsələr də, onların üzərində hələ cinayət məsuliyyəti qalır: “Onlar Azərbaycan dövlətinin humanistliyindən istifadə edərək Hollandiyaya müalicə almaq adı ilə getdilər. Halbuki dəfələrlə səhiyyə işçiləri qeyd etmişdilər ki, onlarda heç bir ciddi xəstəlik yoxdur.

Qan təzyiqinin qalxması, şəkər xəstəliyi Azərbaycan əhalisinin 50 faizindən çoxunda var. Hər bir insanda belə xəstəliklər mövcuddur. Bu xəstəliklərin nəinki Bakı, rayonlarda da müalicəsi mümkündür”.

YAP yetkisi xatırladıb ki, erməni lobbi təşkilatları tərəfindən maliyyələşən beynəlxalq təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatları Yunusların Azərbaycandan çıxarılaraq müalicə adı altında Hollandiyaya getməsinin vacib olduğunu bildirirdilər. “İndi isə siyasi sığınacaq almaq üçün müraciət ediblər. Onların üzərindən cinayət məsuliyyəti hələ götürülməyib. Onlar ev dustaqlığı şəraitində cəzalarını çəkməlidirlər”,- deyə deputat vurğulayıb.

S.Novruzov vurğulayıb ki, Yunuslara Hollandiyada 10-15 günə siyasi sığınacaq veriləcək: “Yunusların müalicə adı altında ölkədən çıxarılması, indi də siyasi sığınacaqla bağlı müraciət etmələri təsadüfi yox, planlı şəkildə qurulmuş oyunun tərkib hissəsidir. Onların ölkədən çıxarılması ilə bağlı plan əvvəldən var idi.

Xatırlayırsınızsa, Yunuslara cinayət işinin qaldırılmasına, ölkədən çıxmamaqla bağlı qərarın olmasına baxmayaraq, bir gecənin içərisində Fransa səfirliyi onlara 5 il müddətinə Şengen vizası verdi və səfirliklərin nümayəndələrinin iştirakı ilə ölkədən çıxarılmasına cəhd edildi. Yunusların müxtəlif bəhanələrlə ölkədən çıxarılması, indi də Hollandiyada siyasi sığınacaq verilməsi məsələsi əvvəlcədən planlaşdırılmışdı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam