Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək"

 

"İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb, erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə yeksan ediblər"
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir”.

"Xeberinfo.com":  APA-ya istinadən xəbərə görə, bunu bu gün Azərbaycan prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü pozulub, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə yeksan ediblər. Amma biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik”.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini tapmalıdır: “Ermənistan isə beynəlxalq hüquq normalarını açıq şəkildə pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. 

Ancaq haqq-ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət öz yerini tapacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam