Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Müharibə qaçılmazdır, döyüşə hazırlaşmalıyıq"

 

Ermənistan parlamenti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanısa, müharibə qaçılmaz olacaq”.

Xeberinfo.com:  Bunu azvision.az-a millət vəkili Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, 2-5 aprel tarixlərində Azərbaycan ordusunun ermənilərə vurduğu ağır və sarsıdıcı zərbələrdən sonra düşmən özünə gələ bilmir. Bu baxımdan onlar nə etdiklərinin fərqində deyillər.

“Ermənistanda xaotik vəziyyət hökm sürür. Bu ölkə beynəlxalq hüquq normalarını tapdalayır, BMT Təhülkəsizlik Şurasının 4 qətnaməsinin üzərindən xətt çəkir, Avropa Şurasının və eyni zamanda ATƏT Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərarlardan, qətnamələrdən tamamilə imtina edir. Ermənistanın “DQR”nı tanıması, bütün dünyaya meydan oxumaqdır”

Deputat vurğulayıb ki, Ermənistan parlamenti adıçəkilən qanun layihəsini qəbul edərsə, son sözü Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu deyəcək: “Belə durumda müharibə qaçılmazdır. Biz bundan narahat olmalı deyilik. Cəmiyyət olaraq ölkə prezidenti və ordumuzla bərabər bizi qələbəyə aparan son döyüşə hazırlaşmalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam