Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

"Müharibə hər an başlaya bilər"

aydemirov generalllllll

“Ali Baş Komandan əmr versə, bir neçə gün ərzində Ermənistan ordusunu darmadağın edərik”

Xeberinfo.com:   General-leytenant, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş korpus komandiri Yaşar Aydəmirovun müsahibəsini təqdim edirik.

- Ötən gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev erməni təcavüzünə məruz qalan cəbhəyanı rayonlara səfər etdi. Ölkə başçısı çıxışında son hadisələrlə bağlı sərt fikirlər səsləndirdi. Ümumilikdə prezidentin hazırki gərgin durumda cəbhə bölgəsinə səfərini necə qiymətləndirirsiniz?

– Ali Baş Komandanın cəbhəyanı rayonlara səfəri zamanı hərbiçilərimizlə görüşü olduqca əhəmiyyətlidir. Ölkə rəhbərinin səfəri hərbçilərimizin ruh yüksəkliyini daha da artıracaq. Eyni zamanda səfər qoşunlardakı real vəziyyətin öyrənilməsi xarakteri daşıyırdı. Odur ki, Ali Baş Komandanın hər bir əmrinə hazır olmalıyıq.

- Hazırki durumda müharibə ehtimalı varmı?

– Hesab edirəm ki, Ali Baş Komandan hər an müharibə əmri verə bilər. Bildiyimiz kimi son zamanlar ermənilər yaşayış məntəqələrini atəşə tuturlar. Bu hal davam edərsə, sözsüz ki, ordumuz onları yerinə oturdacaq. Bütün silah növləri ilə düşmənə sərt cavab veriləcək. Bu isə müharibənin hər an başlaya biləcəyi ehtimalını artırır.

- Aprel döyüşlərindən sonra Serj Sarkisyan üç generalı vəzifəsindən qovdu. Ermənistan rəhbərinin bu addımı ölkəsinin son döyülərdəki məğlubiyyəti ilə əlaqələndirilir. Bu haqda nə deyə bilərsiniz?

– Müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyanın qovulması qeyd olunan sahələrdə ciddi problemlərin olduğunu göstərir.

Aprel döyüşlərində erməni ordusunun idarə edilməsində rabitə əlaqəsi ciddi problemlər yaratdı. Bundan əlavə maddi-texniki təminat baxımından da nöqsanlar mövcuddur. Həmçinin deyə bilərəm ki, Ermənistan ordusunun kəşfiyyat məsələsində də problemlər yaşanır. Dəfələrlə onlar bizim arxa mövqelərimizə keçməyə çalışıblar. Ancaq ermənilərin bu cəhdləri heç bir nəticə vermədi. Əksinə, düşmən xeyli itki verdi. Hesab edirəm ki, 3 generlın işdən qovulması da bu problemlərlə bağlıdır.

- Ermənistanın sabiq baş naziri bu yaxınlar bəyan etdi ki, onların guya atom bombaları var. Nə fikirlər nə dərəcə realdır?

– Ermənilər Suriyadan və başqa ölkələrdən muzdlular gətirəcəklərini deyirlər. Eyni zamanda bildirirlər ki, xaricdən qadın snayperlər də orduya cəlb ediləcək. Bunların sayaqlamaları o həddə çatıb ki, Ermənistanda atom silahlarının olduğunu bəyan edirlər. Təbii ki, bunlar yalandır. Maraqlıdır ki, ermənilər bunu hansı pulla edəcəklər? Dilənib aldıqları qəpik-quruşla?

- Bir qədər öncə müharibənin başlama ehtimalının yüksək olduğunu qeyd etdiniz. Müharibə başlayarsa, Ermənistan silahlı qüvvələri ordumuzun qarşısında neçə gün tab gətirə bilər?

– Azərbaycan ordusu kəskin hücuma keçsə, ermənilər yerlərində durmayacaqlar. Ordumuz bir neçə yaşayış məntəqəsini aldıqdan sonra ermənilər kütləvi surətdə qaçmağa başlayacaqlar. Ona görə də düşmən Azərbaycan ordusunun qarşısında bir neçə gündən artıq tab gətirə bilməz. Ordumuz müharibəyə tam hazırdır. Ali Baş Komandan əmr versə, bir neçə günə Qarabağı azad edərik.

AzVision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam