Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"YAP deputatlığa namizədlərinin siyahısını gələn həftə açıqlayacaq"

 

"Xeberinfo.com":   Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun "Report"a müsahibəsi.

- YAP deputatlığa namizədlərinin siyahısını açıqlamaq üçün prezidentin sərəncamını gözləyirdi. Prezident İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqda sərəncam imzalayıb. Seçki noyabrın 1-də olacaq. YAP İdarə Heyəti namizədlərini təsdiqləmək üçün nə zaman toplanacaq?

- YAP İdarə Heyətinin toplantısı gələn həftə keçiriləcək. Toplantıda hər bir seçki dairəsindən deputatlığa namizədlərimiz təsdiq olunacaq.

- İdarə Heyətinin həftənin hansı günü toplanacağı dəqiqləşibmi? 

- Dəqiqləşib. Amma bunu açıqlaya bilməyəcəm. Ümumi olaraq deyim ki, iclas gələn həftə olacaq və YAP-ın namizədləri təsdiqlənərək ictimaiyyətə açıqlanacaq. 

- Həftənin əvvəli, yoxsa sonunda? 

- Gələn həftə. İclasın gününü deməyə ehtiyac yoxdur. 

- YAP İdarə Heyətinin üzvlərinin bir hissəsi vəzifəli şəxslərdir. Onları qısa müddətdə iclasa toplamaq mümkün olacaqmı? İdarə Heyətinin üzvlərinə gələn həftə iclsa olacağı barədə xəbər vermisinizmi? 

- Əvvəldən xəbər verməyə ehtiyac yoxdur. YAP İdarə Heyəti istənilən an bir saat müddətində toplana bilir.

- YAP-ın seçkilə bağlı bundan sonra görəcəyi işlər nədən ibarət olacaq?

- Bundan sonra görəcəyimiz işlər səlahiyyətli nümayəndələrin təyin olunması, seçki hesabının açılması, namizədlərin təsdiq olunması üçün müvafiq sənədlərlə təmin edib dairə seçki məntəqələrinə göndərilməsi, Mərkəzi Seçki Komissiyasının tələb etdiyi sənədlərin təqdim olunmasıdır. Partiyanın namizədləri üçün imza toplayacaq şəxsləri müəyəynləşdirmişik, onların da siyahısı hazırdır. Sənədlər seçki dairələrinə təqdim olunur və yoxlanılır, sonra isə imza vərəqələri verilir. Qanunvericiliyə görə imzalar toplanılaraq, müvafiq sənədlərlə namizədlərin qeydə alınması üçün dairə seçki komissiyalarına qaytarılır.

- YAP-ın neçə nəfər səlahiyyətli nümayəndəsi olacaq? 

- Hər seçki dairəsi üzrə iki səlahiyyətli nümayəndəmiz təyin olunacaq. 

- Bundan əvvəlki parlament seçkilərində YAP müxtəlif dairələrdən tanınmış ictimai-siyasi xadimlərin, mədəniyyət. incəsənət nümayəndələrinin seçilməsinə dəstək verib, onların qarşısına zəif namizədlər çıxarıb. Builki seçkidə də bu, mümkündürmü?

- YAP-ın bütün seçki dairələri üzrə namizədləri müəyyənləşib. Bununla bağlı İdarə Heyəti hansı qərarı verəcəksə, ona uyğun hərəkət edəcəyik. Əgər İdarə Heyəti qərar qəbul etsə ki, hansısa dairədən YAP namizəd irəli sürməsin və o dairədən namizədliyini irəli sürən şəxs Azərbaycanda tanınmış ictimai-siyasi, mədəniyyət, incəsənət adamıdırsa və ona şərait yaradılmalıdır, buna əməl edəcəyik. Bizim seçki praktikamızda belə hallar olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam