Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“5 rayonu qaytarmaq bəyanatı Sarkisyanın sifarişidir”

 

600@0

Erməni deputat Naqdalyanın bəyanatının təsadüfi olmadığını deyib.

Xeberinfo.com:  Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədr müavini, Ermənistanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan 5 rayonun Azərbaycana qaytarılması bəyanatını təsadüfən səsləndirməyib. Anspress-in məlumatına görə, bu barədə “İrs” partiyasından olan deputat Zarui Postancyan “1in.am” saytına müsahibəsində deyib.
“Artıq bir neçə gündür ki, “Facebook”da bir qrup yaradılıb. Hamı Ermine Naqdalyanın istefasını tələb edir. Hamı onun Milli Məclisdə jurnalistlərlə sonuncu brifinqini pisləyir. Ermine Naqdalyan Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədr müavini, Ermənistanın bu qurumdakı nümayəndə heyətinin rəhbəridir. Onun Qarabağla bağlı səsləndirdiyi bəyanat da təsadüfi deyil. Bu bəyanat Sarkisyanın sifarişi əsasında edilib. Sarkisyan özü də dəfələrlə bildirib ki, həmin ərazilərdə bilərəkdən məskən salmayıblar. “Məgər Ağdam bizim rayondur ki?” – Sarkisyan deyib”, – deyə deputat bildirib.
O hətta qeyd edib ki, Ermənistan prezidenti hələ 2011-ci ilə Madrid və Kazan sənədini imzalamağa hazır idi.
Zarui Postancyan - "İrs" partiyasından olan deputat
Bu il aprelin 30-da Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Naqdalyan erməni tərəfin “Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş beş ərazi”yə iddialı olmadığını qeyd edib.
“Dünya Qarabağı tanıyan kimi biz o torpaqları qaytaracağıq, onlara bizim hüququmuz çatmır, biz bu torpaqları istəmirik — onlar yalnız bizim bufer zonamız, təhlükəsizliyimizin zəmanətidir”, – deyə Naqdalyan bildirib.
Ermənistan parlamentinin sədr müavini açıq şəkildə etiraf edib ki, ölkəsi Azərbaycan torpaqlarını işğal edib və onlara hüququ yoxdur. Naqdalyanın bu bəyanatı erməni ictimaiyyətində etiraz dalğasına səbəb olub. Qarabağ separatçıları isə sədr müavininin bəyanatını “arxadan vurulan zərbə” kimi qiymətləndiriblər. Bundan əlavə, onlar Ermine Naqdalyanın tutduğu vəzifəyə uyğunluq məsələsinə yenidən baxmağı tələb edirlər.
Ermənistan parlamentində sabah Dağlıq Qarabağın “müstəqilliyinin”tanınması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Separatçı rejimin tanınması barədə qanun layihəsini təqdim edən deputatlardan biri də məhz Zarui Postancyandır.

Ermine Naqdalyan - Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam