Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bundan böyük alçaqlıq olmaz"

 

 

“Bəzi saytlarda oxuyuram ki, guya hansısa şəhidlər gizlədilir, gizli dəfn olunur və ya deputatlar iştirak etmir. Bu, rəzalətdir, bundan böyük alçaqlıq olmaz. Ən azı o dəfndə kimin iştirak etdiyini şəhidin ailəsi, ora qatılan on minlərlə insan görür”. 
Xeberinfo.com:  Məlumata görə, bunu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib. 

Millət vəkilinin sözlərinə görə, Naxçıvanda şəhid leytenent Qalib Orucəliyevin dəfnində iştirak edən zamanı məlum olub ki, həmin gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası vəfat etmişdi.

“Amma o şəhidin dəfnində iştirak etdi. İnsanlar belə yalnış informasiyalar verməklə heç hara gedə bilməyəcəklər. Cəmiyyət buna münasibətini bildirməlidir”. 

Millət vəkili Fəzail Ağamalı bəzi qüvvələrin cəbhədəki son hadisələrdə özlərini düzgün aparmadığını qeyd edib: "Həmin qüvvələr bir daha iç üzlərini açıb göstərdilər. Amma onlar da, digərləri də bilsin ki, qələbə bizimlədir. Mən buna tam əminəm". 

Deputat Elmira Axundova isə çıxışı zamanı bildirib ki, Rusiyanın bir sıra rəsmiləri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə obyektivlik nümayiş etdirirlər. Millət vəkili qeyd edib ki, bu obyektivlik Rusiyadan olan böyük qərəzin içində çox kiçikdir: 

“Rusiya mediası və rəsmiləri münaqişəyə münasibətdə qərəzli davranırlar. Azərbaycan diasporsu ehtiyatlı olmalıdır. Rusiya mediasında bu işlə bağlı aktiv olmalıdırlar. Diaspor təşkilatlarının fəaliyyəti qənaətbəxş deyil”. 

Spiker Oqtay Əsədov isə deyib ki, təkcə diaspor təşkilatları deyil, Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli jurnalistlərə də müraciət etmək lazımdır: 

“Məlumdur ki, Rusiya mediasının 30%-i ermənilərin əlindədir. Onlar da öz işlərini görürlər. Kökü azərbaycanlı olanlara müraciət edilməlidir ki, ürəklərində azərbaycanla olsunlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam