Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanın bu addımı düzgün istiqamətdədir”

bdda186a-ebae-4238-8fc1-21606345446d_292

 

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup vətəndaşın əfv olunmasıyla bağlı son sərəncamını yüksək qiymətləndirib.
Xeberinfo.com:  Məlumata görə, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının açılışında çıxışı zamanı Assambleyanın prezidenti “Azərbaycanın bu addımı düzgün istiqamətdədir və xoş məramın göstəricisidir” deyib.
“Bu vətəndaşların öz ailələrinin yanına qayıtmalarına görə şadam”, – deyə P.Aqramunt sözlərinə davam edib.
Xatırladaq ki, martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Əfv sərəncamı 148 nəfərə, o cümlədən bəzi tanınmış şəxslərə şamil olunub. Belə ki, əfv sərəncamında Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, “İnsan hüquqları” klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, “Demokratiyanın Tədrisi Mərkəzi”nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, “Talışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov da yer alıb.

“Report”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam