Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiyasız beynəlxalq münaqişələri həll etmək mümkün deyil"

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer müəyyən şərtlərdə Rusiyanın "8-lər" klubuna qayıtmasının mümkün olduğunu bildirib.

Xeberinfo.com:   Məlumata görə, Almaniya xarici işlər naziri bu gün Yaponiyada başlayan "7-lər"in xarici işlər nazirlərinin görüşündən əvvəl Almaniyanın DPA agentliyinə açıqlamasında deyib ki, Rusiya Ukraynada böhranın siyasi yolla həllinə töhfə verməli, Suriyada sülhün bərqərar olmasında konstruktiv rol oynamalıdır.

F. V. Ştaynmayer bildirib ki, Rusiyanın iştirakı olmadan hər hansı ciddi beynəlxalq münaqişəni həll etməyin mümkün olmadığı aydındır. Suriya məsələsinə toxunan Almaniyanın xarici işlər naziri qeyd edib ki, bu ilin qalan dövründə Rusiyanın Suriyada münaqişənin həllində konstruktiv rol oynamağa davam etmək niyyətinin olub-olmadığı bilinəcək. O, bugünkü görüşdə Rusiyanın "8-lər" klubuna qayıtmasının müzakirə olunacağını da açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam