Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatlar maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürür

Deputat Qüdrət Həsənquliyev çıxışında öz əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyini bəyan edib.

Xeberinfo.com:  O, həmkarlarını da bu addımı atmağa çağırış edib: "Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb, psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir".

Digər deputatlar da Q.Həsənquliyevin çağırışına dəstək veriblər.

*   *   *12:21

İclası açıq elan edən spiker Oqtay Əsədov əvvəlcə son günlər cəbhədə baş verən gərginliyə münasibət bildirib.

O qeyd edib ki, həmişə Azərbaycan yüksək nailiyyətə nail olanda Ermənistan təxribata əl atıb: “Əvvəllər olduğu kimi, son günlərdə törədilən təxribata da Azərbaycan Ordusu layiqli cavab verdi. Ordumuz güclü əməliyyat keçirərək, Ermənistana həddini göstərdi”.

Daha sonra cəbhədə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

O.Əsədov Minsk Qrupunu da tənqid edib: "Minsk Qrupuna heç bir ümidimiz qalmayıb, onların bugünkü toplanmasından da heç nə gözləmirik”.

O qeyd edib ki, cəbhədə baş verənlərin səbəblərindən biri də məhz onların indiyə qədər konkret iş görə bilməməsidir: “Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik”.

Sonra deputatlar Qarabağdakı vəziyyətlə bağlı müzakirələrə başlayıblar.

*   *   *12:08

Milli Məclisin növbəti plenar iclası bu gün öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasın gündəliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, "Antiinhisar fəaliyyəti haqqında" qanununa, Cinayət Məcəlləsinə, Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və digər bir sıra qanunlara əlavə və dəyişiklikər olmaqla 21 məsələ daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam