Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu, Türkiyənin parçalanmasına yol aça bilər”

 

 

      İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanın məktubu Diyarbəkrin Novruz Meydanında keçirilən bayram mərasimində kürd millət vəkilləri Pervin Buldan və Sirri Süreyya tərəfindən oxunub.

 

      "xeberinfo.com" Türkiyə mediasına istinadən xəbər verir ki, kürt və türk dillərində oxunan məktubda hökumətə “kürd məsələsi”nin həll prosesində qətiyyətin davam etdirilməsi mesajı verilib.
     15 ildir ki, İmralı adasında həbsdə olan PKK lideri “Bütün ara yollar və müvəqqəti formatlar artıq vaxtını  doldurub. Hazırkı mərhələdə müzakirə sistemi üçün qanuni bir çərçivə qaçılmaz olmuşdur” söyləyib. Öcalan məktubunda “30 Mart bələdiyyə seçkilərindən sonra hökumət addım atmalıdır” deyən PKK-nın siyasi qanadı KCK İcra Şurasının üzvü Murat Qarayılan kimi hər hansı bir müddət verməyib. Gəzi Parkı hadisələri və 17 Dekabr hadisələrinin arxasında  beynəlxalq güclərin olduğunu iddia edən baş nazir Rəcəb Təyyib Ərdoğan kimi Öcalan da “beynəlxalq qladio” və "beynəlxalq sui-qəsd”dən danışıb. Keçən ilki Novruz Bayramında verdiyi mesajlarla “kürd məsələsi”nin həlli prosesinə başlayan PKK lideri “qarşımıza çıxan beynəlxalq sui-qəsdlərə qarşı kifayət qədər diqqət etmək bizim tarixi məsuliyyətimizdir” deyib. 
    Ən az bir milyon insanın qatıldığı Diyarbəkdəki Novruz mərasimlərində xalqa müraciət edən KCK həmsədri Cəmil Bayık hökumətin Öcalanın başladığı həll prosesinə məsafəli yaxınlaşdığı üçün həm prosesin tıxandığını. həm də dövlətdə böhran yaşandığını söyləyib.
     “Əgər Türkiyədə demokratikləşmə olmayıbsa və kürd problemi həll edilməyibsə, bunun günahkarı AKP hökumətidir. AKP yaradılan müzakirə zəminini boşa verdi. Ancaq yenə də ümidimizi itirməmişik. Heç bir zaman da ümidimizi itirmədik. Apo azad olunmalıdır. Həll və sülh variantının ortadan qalxacağı halda Türkiyə əvəz ödəyəcək. Əgər kürdləri yox etmək istəsələr kürdlər və PKK-nın mübarizəsi daha da böyüyəcək, bu hətta Türkiyənin parçalanmasına yol aça bilər”, - C.Bayık dilə gətirib.  
     Bayram mərasimlərində Novruz atəşini Demokratik Toplum Konqresinin həmsədrləri Aysel Tuğluk və Əhməd Türk yandırıb. Öcalanın fotoşəkilləri ilə birlikdə asılan “Ya müzakirə, ya döyüş” yazılmış nəhəng plakatlar kürd siyasi hərəkatının mövqeyini bir daha açıq şəkildə göstərdi.  
     Diyarbəkrdəki bayram mərasimlərində 400-dən çox yerli və xarici jurnalist iştirak edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam