Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eks-prezident Qarabağ haqqında: “Bu, Azərbaycanın məsələsi deyil”

yussenko“Azadlıq” radiosunun Belarus xidmətinin “Rusiya və mən” layihəsi çərçivəsində postsovet məkanını keçmiş prezidentləri ilə silsilə müsahibələrini davam etdirir.

Xeberinfo.com:  Modern.az xəbər verir ki, radionun Belarus xidmətinin əməkdaşı Anna Sosun aldığı sonuncu müsahibə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko ilə olub.
Müsahibəsində Rusiyanın MDB məkanındakı rolundan danışan siyasətçi bütün regional konfliktlərin, o cümlədən Dağlıq Qarabağ mümaqişəsinin Rusiyadan qaynaqlandığını deyib.

“Krımda baş verənləri Ukrayna məsələsi adlandırmayın. Azərbaycanda, Dağlıq Qarabağda baş verənləri Azərbaycan məsələsi adlandırmayın. Cənubi Osetiyada, Abxaziyada baş verənləri Gürcüstan məsələləsi adlandırmayın. Dnestryanında baş verənləri isə Moldovanın məsələsi adlandırmayın. Bütün bunlar Rusiyanın məsələsidir”.

Yuşşenko müsahibəsi zamanı Allahın Ukrayna, iblisin isə Putinin tərəfində vuruşduğunu deyib.

“Gəlin tarixi paralel aparaq. Niyə biz Putinə qalib gələcəyik? Çünki haqq bizim tərəfdədir. İblis onun tərəfindədir, Allah isə bizim. Ona görə biz məğlubedilməzik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam