Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

"Bu iddialar tamamilə əsassızdır"

 

 

"Wanderlust" adlı səyahət jurnalının tərtib etdiyi "Dünyanın ən çətin viza alınan on ölkəsi" siyahısına Azərbaycan Respublikasının daxil edilməsini düzgün və obyektiv hesab etmirik. Jurnalın hansı meyar və məlumat əsasında bu siyahını hazırlaması və Azərbaycanı ora daxil etməsi ciddi sual doğurur"

Xeberinfo.com:   Məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən “Wanderlust” jurnalının tərtib etdiyi qeyri-obyektiv siyahıya münasibət bildirərkən deyiblər.

Qeyd olunub ki, jurnalın Azərbaycanda vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olması barədə iddiası tamamilə əsassızdır:

"Bu, Azərbaycan Respublikasının müvafiq qanunlarına, qoşulduğu ikitərəfli və çoxtərəfli sazişlərə heç bir halda uyğun deyil. Bəzi yerli internet media orqanları tərəfindən bu məsələ təhrif edilərək, XİN-in peşəkar nüfuzuna xələl gətirmək məqsədilə əsassız şəkildə guya Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında daha çox qeyri-iş gününün tətbiq edilməsi ilə əlaqələndirilib. “Wanderlust” dərgisinin bu siyahısı bizim üçün meyar olmasa da, cavab hüququndan istifadə edərək, sözügedən məsələ ilə əlaqədar narazılığımız “Wanderlust” jurnalının redaksiyasına bildiriləcək".

XİN-dən bildirilib ki, ümumiyyətlə, vizaların rəsmiləşdirilməsi Xarici İşlər Nazirliyi və digər aidiyyəti nazirlik və dövlət qurumlarının cəlb olunduğu “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2010-cu il tarixli 326 nömrəli “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına əsasən həyata keçirilir.

Qanunvericiliyin tələbinə uyğun olaraq, viza sorğularının icrası adi hallarda 10 gün, əlavə araşdırma tələb olunduğu təqdirdə isə 15 gün təşkil edir. Turistlərə verilən elektron viza müraciətlərinə baxılma müddəti 10 təqvim günü, əlavə araşdırma tələb olunmadığı hallarda 5 və ya 7 təqvim günü müddətinə icra olunur. Yəni şənbə və bazar günləri də sənədin icra müddətinə daxildir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron turizm vizalarını Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçmiş turizm şirkətləri vasitəsilə əldə edə bilərlər.

1 sentyabr 2014-cü il tarixindən qüvvəyə minən “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişə əsasən, viza ərizələrinə baxılması müddəti 10 təqvim günüdür. Göründüyü kimi, viza müraciətlərə baxılma müddəti qarşılıqlılıq prinsipi əsasında sazişi imzalayan dövlətlərin vətəndaşlarına eyni qaydada tətbiq edilir.

Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur və sair ölkələrin vətəndaşlarına 1 fevral 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir. Bu qaydalar 10 noyabr 2015-ci il tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir. Bu ölkələrin vətəndaşlarına viza rəsmiləşdirilməsi yerindəcə Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında həyata keçirilir. Eyni şərtlər uzun müddətdir ki, Türkiyə və İsrail vətəndaşlarına münasibətdə də tətbiq olunur.

Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə respublika üzrə müəyyən olunan qeyri-iş günlərində belə, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında növbəçilik prinsipi əsasında iş rejimi həyata keçirilir. Burada, ölkəmizdə qeyri-iş günləri olduğu halda, diplomatik nümayəndəliyin yerləşdiyi dövlətlərdə iş rejiminin tətbiq olunması kimi məqam da nəzərə alınır.

Hazırda vizaların rəsmiləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”nə cəlb olunmuş dövlət qurumları ilə birlikdə XİN tərəfindən hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Vizaların rəsmiləşdirilməsi ilə bağlı daha ətraflı məlumat XİN-in internet saytından əldə edilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam