Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Səfirliklərimiz kiber hücumlarına məruz qalıb

 

“Ermənistan Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber hücumları davamlı həyata keçirir”

"Xeberinfo.com":   Məlumata görə, Azərbaycan Respublikasının Hollandiya, Belçika və Qatardakı səfirliklərinin internet ünvanları 5 sentyabr 2015-ci il tarixində özünü “Artsax kiber ordusu” adlandıran qrup tərəfindən kiber terror hücumlarına məruz qalıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H. Hacıyevin sözlərinə görə, səfirliklərin internet saytlarının fəaliyyəti qısa müddət ərzində bərpa edilib.

“Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı əsasda həyata keçirilir.

Qəsdən vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini kobud şəkildə pozan, cəbhə zonasında təxribat-diversiya əməliyyatları törədərək məğlubiyyət və insan itkisi ilə üzləşən və diplomatik müstəvidə tamamilə təcrid olunmuş vəziyyətə düşən Ermənistan kiber terrorizm əməllərinə əl atmaqla, öz uğursuzluqlarını “kompensasiya” etməyə cəhd göstərir.

Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları “host” edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməlləridir”, – deyə XİN sözçüsü vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam