Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN-dən “Beeline”-la bağlı açıqlama

 

“Beeline” Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti ilə Beynəlxalq Telekommunikasiya İttifaqının qayda və təlimatlarını ciddi şəkildə pozur
"Xeberinfo.com":  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın “Beeline” şirkətinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərməsinə münasibət bildirib.
H. Hacıyev APA-ya açıqlamasında deyib ki, “Beeline” şirkətinin artıq uzun müddət ərzində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Artsakh Telecom” ilə əməkdaşlığı ciddi narahatlıq doğurur.
“Rəsmi diplomatik kanallar vasitəsilə “Beeline” şirkətinə dəfələrlə müraciətlər olunsa da, “Beeline” bu fəaliyyətini dayandırmayıb. Bu yaxınlarda “Beeline” tərəfindən təqdim edilən “Ryadom” proqramı isə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə daha da asanlaşdırılmış və ucuz formada zənglərin edilməsini nəzərdə tutur”, – deyə H. Hacıyev qeyd edib.
XİN sözçüsü bildirib ki, “Beeline” tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Artsakh Telecom” ilə əməkdaşlığı Azərbaycan Respublikasının telekommunikasiya məkanına qanunsuz müdaxilə və nəticə etibarilə, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasıdır: ““Beeline” şirkəti bu fəaliyyəti ilə Beynəlxalq Telekommunikasiya İttifaqının qayda və təlimatlarını ciddi şəkildə pozur.
“Beeline”nın bu kimi fəaliyyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyən və hörmət edən Rusiya Federasiyasının rəsmi mövqeyinə də ziddir.
Biznes etikası və korporativ sosial məsuliyyət baxımdan isə “Beeline”nın bu kimi fəaliyyəti onun mobil rabitə xidmətlərindən istifadə edən azərbaycanlı müştərilərə münasibətdə hörmətsizlikdir.
Ermənistanın mobil operatoru olan “Armen Tel”-in təqdim etdiyi yalan məlumatlar əsasında “Artsakh Telecom” ilə rouminq əlaqəsi qurmuş bir çox mobil operatorlar Azərbaycan tərəfinin müraciətindən sonra bu təmasları dayandırıb və Azərbaycan tərəfdən üzr istəyiblər.
“Beeline” ilə əlaqədar olan məsələ Beynəlxalq Telekommunikasiya İttifaqı və digər müvafiq beynəlxalq təşkilatlar çərçivəsində də müzakirəyə çıxarılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam