Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq deputatın adı zavod qalmaqalında

cingiz-asadullayev«O, bu dövlətin qanunlarından qorxmurdusa, heç olmasa, Allahdan qorxaydı, bu ailəni məhv eləməyəydi…»

Xeberinfo.com:   Haqverdi Məmmədov Sumqayıtda yerləşən Ağac Emalı Zavodunun səhmlərinin 43 faizinə sahib olub. Həyat yoldaşı Elmira Məmmədova danışır ki, onlar öz qazanclarını, qohum-əqrəbadan topladıqları 1 milyon yarım vəsaiti zavoda yatırıblar. Daha sonra Haqverdi Məmmədov bank sistemindən tanış olduğu keçmiş deputat, “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin köməyilə bankdan 5 milyon kredit götürüb. Bu kreditin hesabına Almaniyadan yeni texnikalar gətirib, zavodda quraşdırıb.

Xanımın sözlərinə görə, Çingiz Əsədullayev xammalın alınmasında da köməklik göstərəcəyini deyib, amma əmələ gələndə sözündən geri çəkilib. Elmira xanım bildirir ki, Çingiz Əsədullayev hədə-qorxu ilə zavodun səhmlərini yoldaşından alıb: “Zavodun işi dayanmışdı. Çingiz Əsədullayev yoldaşıma dedi ki, ”işləyirsən işlə, işləmirsən səhmləri ver, biz işlədək. Bir nəfər gəlsin bankın da borcunu ödəsin, zavodu abadlaşdırsın. Zavodu verməsən, sənin üçün, uşaqların üçün problemlər yaranacaq”. Səhmlər də uşaqlarımın adına idi. Orada Eldar Mahmudovun adını çəkdi. Bilmirəm, onun buradakı rolu nədən ibarət idi. Dedi, “bu sənə göstərişdir, zavodu verməlisən. Zavodu verməsən, özün də, övladların da içəri gedəcək”.

2006-cı ildən zavodda işləyən Haqverdi Məmmədov 2010-cu ildə oğlunun adına aldığı səhmləri Burhan Həmidov adlı şəxsə satır. O da söz verir ki, zavoda görə götürülən kredit borclarını ödəyəcək. Notarius sənədində göstərilir ki, səhm 104 min 750 manata alqı-satqı edilib. Elmira xanım deyir ki, bankın 18 milyon manat dəyərində qiymətləndirdiyi zavodun 43 faiz səhminin 104 min manata alqı-satqı edilməsi bunun yalnız təzyiq qarşılığında olduğunu göstərir: “Iki evimiz var idi, onların ikisini də borc sahiblərinə verdim. Zavoda borca verilən pullar var idi, heç biri kömək eləmədi, qaldım küçələrdə… O biri borclular da üstümə gəldilər. Biri dedi, uşağını öldürəcəm, biri dedi, nəvəni aparacam, hətta bizi izləyirdilər, hədə-qorxu gəlirdilər. Qorxumuzdan uşağımın evini də girov qoyduq pul götürdük, qalan borclulara verdik”.

Aldadılaraq səhmlərini əllərindən dəyər-dəyməzinə alındığını deyən qadın Baş Prokurorluğa, Prezident Administrasiyasına, Milli Məclisə şikayət məktub yazıb. Respublika Prokurorluğundan yazıblar ki, müraciətiniz Mərkəzi Banka göndərilib, araşdırılır.

“Bu ailəni övladları ilə sınağa çəkdilər. Bu ailəni övladları ilə qorxudub zavodlarını əllərindən aldılar. Mən inanmıram ki, bu işdə Eldar Mahmudovun əli var. Bu, birbaşa Çingiz Əsədullayevin özünün fırıldaqlarıdır, ssenariləridir. Bu gün də qaçıb gizlənir. Nəyə arxayındır, bilmirəm. Deyir ki, kimə şikayət edirsiniz, edin…” – bunu isə Elmira Məmmədovanın qardaşı Aslan Mazanov deyir.

“Azəriqazbank”ın problemli kreditlərin idarə edilməsi üzrə baş direktoru Rizvan Baxşıyev deyir ki, 2013-2014-cü il aralığında Nərimanov rayon Məhkəməsinin qərarı ilə zavod kredit borclarını 3 ildir ödəmədiyinə görə səhmlər ondan götürülüb. O bildirir ki, zavod hələ də banka borcludur. Amma ödənişlər də edirlər: “Kredit öhdəliklərini yerinə yetirmədiklərinə görə bank olaraq onları məhkəməyə vermişik. Məhkəmə qərarı ilə səhmlər alınıb banka keçirilib”.

Rizvan Baxşıyev onu da qeyd edir ki, Burhan Həmidov hazırda zavodda səhm sahibi deyil. Amma Çingiz Əsədullayevin zavodda səhmi var. Bank işçisi bildirir ki, Çingiz Əsədullayev təzyiq vasitəsilə səhmləri götürməyib: “Çingiz müəllim onu necə məcbur edə bilər ki, səhmləri satsın? Heç kim heç kimi məcbur eləməyib. Heç kim heç kimdən səhmləri almayıb”.

Keçmiş deputat Çingiz Əsədullayev isə mobil telefonuna edilən telefon zənglərinə cavab vermədi.

Aslan Mazanov deyir ki, o və digər qohumlar da zavoda görə evlərini girov qoyub, Məmmədovlar ailəsinə kömək ediblər. Ümumilikdə 10 ailə zavodun səhmləri alınandan sonra müflisləşiblər: “Çingiz Əsədullayev ən azı, 10 ailəni məhv eləyib. Mən bildiyimə görə Çingiz Əsədullayev cənub bölgəsindəndir. O, bu dövlətin qanunlarından qorxmurdusa, heç olmasa, Allahdan qorxaydı, bu ailəni məhv eləməyəydi…”

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam