Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Parlamentdə o qədər milli xəyanətkarlar var ki...”

Sabir Rüstəmxanlı: “Parlamentdə o qədər milli xəyanətkarlar var ki...”

Keçmiş deputatdan Türkiyəni xəyanətkar adlandıranlara cavab

 

Xeberinfo.com:   AŞ PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsinin 70 səs əleyhinə, 66 səs lehinə olmaqla qəbul edilməməsində günahkarlar sırasında Türkiyədən olan deputatların da adı çəkilir.
 
Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirib ki, Avropa prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı və bu ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu. 
Lakin Türkiyə deputatlarının səsvermədə iştirak etməyən 4 nəfəri bu addımı atmasaydı, vəziyyət Azərbaycanın xeyirinə ola bilərdi: “Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamamışam. Çünki ən ağır zamanlarda ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaq. Ona görə də bu yazacaqlarım qətiyyən Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın. Sadəcə, qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq istəyirəm. Uolterin məruzəsində 66 lehimizə, 70 əleyhimizə oldu. Türkiyə nümayəndə heyəti 18 nəfərdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbiidir. Məhz 16 nəfərin hamısı səs versəydi, qətnamə qəbul olunurdu. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi. AKP-dən hətta nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etmədi. Halbuki iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq ki, bu, soyqırım qədər əhəmiyyətli məsələdir və Azərbaycanla yanaşı, Türkiyəyə də ciddi arqument verəcək”.
Deputatın sözlərinə görə, Türkiyə rəsmiləri bu məsuliyyətsizliyin izahını verəcəklər: “Beynəlxalq arenada soyqırım məsələsində türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalıdır”. 
Xarici İşlər Nazirliyi isə AŞ PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarına dair” qətnamənin qəbul edilməməsinə görə Azərbaycan deputat nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu ittiham edib. Daha konkret desək, XİN Səməd Seyidovu məsuliyyətsizliyə və səhvə yol verdiyini bəyan etməklə vurdu. Beləliklə, xarici işlər naziri vəzifəsinə iddialı olan Səməd Seyidov Elmar Məmmədyarovdan zərbə almış oldu.
Sosial şəbəkədə və bəzi media orqanlarında isə Türkiyədən olan 4 deputatın səsvermədə iştirak etməməsi xüsusi qabardılır, hətta bu hadisənin Türkiyədən Azərbaycana xəyanət kimi təqdim edənlər də var. 
 
Türkiyəli deputatları günahkar və Türkiyəni xəyanətkar elan etmək doğrudurmu? 
Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, VHP sədri Sabir Rüstəmxanlı hesab edir ki, 4 deputatın səsvermədə hansısa səbəbdən iştirak etməməsini Azərbaycana xəyanət kimi təqdim etmək düzgün deyil. Bu cür təqdimat türk düşmənlərinə fürsət verir ki, Türkiyə ilə Azərbaycanın münasibətlərində soyuqluq yaratsınlar: “Əvvəla, Türkiyə deputatlarının da içində erməni mənşəlilər, ermənilərə yaxın şəxslər var, Azərbaycana birmənalı münasibəti olmayanlar var. Çeşidli mövqelər var. Bunu bütün Türkiyənin ayağına yazmaq yanlışdır. Azərbaycan o cür situasiyalarda haqlı mövqeyinin dəstəklənməsi üçün Türkiyə deputatları ilə də, Avropa deputatları ilə də sıx işləməlidir. Hansısa deputatların real vəziyyətdən məlumatı olmaya bilər. Məhz bunun üçün də ciddi şəkildə işləmək lazımdır. İkincisi, Dağlıq Qarabağ münaqişəsinin başlanması, torpaqlarımızın Ermənistan tərəfindən işğalı 30 ilə yaxınlaşır, indi Ermənistanın işğalçı olub-olmadığının AŞ PA-da müzakirəyə çıxarılmasının nəyə hesablandığı maraqlıdır. Hər kəsə bəllidir ki, Ermənistan Azərbaycan torpaqlarının 25 faizini işğal edib. Bu, dünyanın gözünün qabağındadır. İndi işğal faktını müzakirəyə çıxarmaq Azərbaycanın 30 ilik mübarizəsini heçə endirmək deməkdir. Odur ki, bu məsələnin müzakirəyə çıxarılmasına imkan vermək lazım deyildi. Bəyan edilməli idi ki, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı bir faktdır. İndi bunu səsverməyə çıxarmaq nə üçündür”. 
S.Rüstəmxanlı onu da dedi ki, Azərbaycanın özünün parlamentində ümummilli məsələlərdə fərqli mövqelər sərgiləyənlər olur: “Azərbaycan parlamentinin özündə o qədər milli xəyanətkarlar var ki, milli məsələlər müzakirə olunanda həmişə antimilli mövqedən çıxış ediblər, milli maraqlarımıza zidd mövqe nümayiş etdiriblər. Bu, dəfələrlə olub Milli Məclisin tarixi boyu. Ona görə də özümüzü qoyub başqalarını ittiham eləmək lazım deyil”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam