Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Azərbaycan və Ermənistan arasında yeni müharibə ehtimalı? -Böyük Britaniyanın nüfuzlu qəzetindən qəribə iddialar...

news content

Böyük Britaniyanın “The Telegraph” qəzeti yazır ki, Zelenskinin Avropa İttifaqı və NATO vasitəsilə Qərbə inteqrasiya arzusu böyük ehtimalla uğursuzluğa uğrayıb.

Yenixeber.org: Prezident Tramp müharibədən sonrakı 80 il ərzində sülhü dəstəkləyən Avropa təhlükəsizlik arxitekturası və NATO öhdəliklərinə zərbə endirib.

Lakin məsələ təkcə Ukrayna ilə bağlı deyil. Kiçik ölkələr onunla vacibdirlər ki, ən dəhşətli münaqişələrə səbəb ola bilərlər. Məsələn, Ermənistanın qonşusu olan Azərbaycan beş il əvvəl münaqişəyə başladı. Müsəlman ölkə dünyadakı ən qədim xristian ölkəsini darmadağın etdi. İki il əvvəl baş verən döyüşün son mərhələsində isə 120.000-dən çox xristian öz tarixi vətənini tərk etməyə məcbur oldu. Dünya Azərbaycanın təcavüzünü dayandırmaq üçün heç bir addım atmadı. Amma bu hələ son deyil. İndi Azərbaycan silah və sursat üçün Ermənistandan təxminən yeddi dəfə çox pul xərcləyir. 

Sonra nə olacaq? Bu dəfə Rusiyanın birbaşa iştirakı ilə yeni bir müharibə?” – məqalədə qeyd edilir və ayrıca olaraq vurğulanır, –  “Ermənistan yıxılmalı olan növbəti domino daşı ola bilər”.

Artıq qeyd olunduğu kimi, ermənilər dəyişikliklərə can atırlar. Oradakı qərbyönümlü əhval-ruhiyyə hər zamankındən daha güclüdür. Erməni xalqı öz vətənini, xristian sivilizasiyasının beşiyini müdafiə etməyə hazırdır və buna qabildir, lakin onlara kömək əli uzadılmalıdır. Qərb onların çətin vəziyyətini nəzərə görməzdən gəlməməlidir”, – “The Telegraph” yazır.

Burada açıq-aşkar təxribat cəhdi var. Yəni, bütün dünyanın diqqəti Ukraynanın həyatda qalmaq uğrunda ədalətli müdafiə müharibəsinə cəlb olunduğu bir vaxtda, kimsə Ermənistandakı vəziyyəti və ya guya, Azərbaycan tərəfindən təcavüz riskini də ortaya qatmaq istəyir. Əgər müəllif belə nəticələrə gəlibsə, son aylarda Azərbaycanla Rusiya arasında baş verənləri izləməkdə o qədər də maraqlı olmayıb. Necə olub ki, Azərbaycanın sərnişin təyyarəsinin Rusiyada vurulması və bunun nəticəsində Bakı ilə Moskva arasında yaranan gərginlik müəllifin diqqətindən qaçıb? 

Amma hətta bu da nəzərə alınmasa, Azərbaycanın Ermənistana hücum hazırlaması fantaziyası haradan doğub, hansı əsasla belə nəticə çıxarılıb? Bu cür nəticəyə gəlmək üçün hansısa səbəblər varmı? Əgər yoxdursa, belə bir məqalənin İngiltərənin ən köhnə və nüfuzlu nəşrlərindən birində dərc edilməsi qəribə deyilmi? Bu, nə anlama gəlir? Redaksiya mövqeyi, rüşvət, sifarişli məqalə?

Məsələni şərh edən müstəqil politoloq Xəqani Cəfərli ilk növbədə onu qeyd edib ki, “The Telegraph”ın məqaləsinin Böyük Britaniyanın rəsmi mövqeyini əks etdirmədiyinə inanır.

Çünki 44 günlük Vətən müharibəsi zamanı Böyük Britaniya birmənalı olaraq Azərbaycanı dəstəklədi. Rusiya və Fransanın BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsinin qəbul olunması cəhdinin qarşısı Böyük Britaniya tərəfindən alındı. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın bu gün xarici siyasətdə əldə etdiyi uğurda ən böyük rol oynayan və dəstək verən ölkə Böyük Britaniyadır. Yuxarıda sadalanan bütün səbəbləri əsas götürərək düşünürəm ki, “The Telegraph”ın məqaləsi Britaniya rəhbərliyinin baxışlarına uyğun deyil”, – deyə politoloq bildirib.

Amma o, eyni zamanda qeyd edir ki, hazırda çox mürəkkəb vəziyyət yaranıb. “Trampın administrasiyası Bayden dövründə olduğu kimi Ukraynaya dəstək vermir. ABŞ-ın dəstəyinin azalması və ya tamamilə dayandırılması Ukraynanı çətin vəziyyətə sala bilər. Əgər Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın xeyrinə başa çatsa, bu, Londonun (əlbəttə ki, Kiyevdən sonra) maraqlarına ən böyük zərbə olacaq.

Bu səbəbdən, İngiltərə Rusiyaya qarşı yeni alyans qurmağa başlayıb. Böyük ehtimalla, London gözləyir ki, onun bütün müttəfiqləri və tərəfdaşları Rusiyaya qarşı qurulan alyansdan faydalanacaq. Elə bir vəziyyət yaranır ki, bu müharibədə neytral qalmaq, kiminsə tərəfini tutmaqdan daha təhlükəli olur. Bunu Londonda keçirilən Avropa sammitinə Türkiyənin dəvət edilməsi, Böyük Britaniya Baş Naziri Kir Starmerin bəyanatı və Kral III Çarlzın atdığı bəzi addımlar da sübut edir”, – analitik düşünür.

İngilis qəzetinin proqnozlarına gəldikdə, Bakı və İrəvan arasında sülh müqaviləsinin olmaması, Zəngəzur dəhlizi ətrafında mübahisələr və televiziya vasitəsilə irəli sürülən fikirlər müstəqil müşahidəçilərdə Azərbaycanın yeni hərbi əməliyyatda maraqlı olduğu kimi yanlış təəssürat yarada bilər.

Xüsusilə, Zəngəzur dəhlizi ətrafında yaradılan gərəksiz səs-küy yeni müharibə ehtimalı barədə şayiələrin artmasına səbəb olur. Bəzən bizim vətəndaşlarımızda da belə bir təəssürat yaranır və biz onlardan bu barədə suallar eşidirik. Düşünürəm ki, Azərbaycana qarşı yanlış ittihamların qarşısını almaq üçün sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək lazımdır. Zəngəzur dəhlizi məsələsi yalnız diplomatların işi olmalıdır, yalançı ritorikaya isə son qoyulmalıdır”, – Cəfərli yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam