Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gülər Əhmədova prokuroru "komvoy" adlandırdı

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə Appellyasiya məhkəməsində baxış iclası olub. 

"xeberinfo.com": Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib. Vəkillər iddia edib ki, ekspertizaya təqdim edilən CD və DVD-lərdə kəsilmələr var. Onlar videomontaj olunublar. Eksperlər Hörmət Vəliyev, Lətif Əliyev isə bildiriblər ki, təqdim edilən disklərdə heç bir montaj yoxdur. 

Daha sonra Gülər Əhmədova çıxış edib. O, qeyd edib ki, məhkəmə zalında prokuror özünü daha çox "komvoy" kimi aparır. Onun sözlərinə görə, onun vəkillərini məhkəmədə iştirak edən ekspertlərə verdiyi suallara prokuror etiraz etməklə məşğuldur. Bu isə G.Əhmədova ilə dövlət ittihamçısı arasında mübahisəyə səbəb olub. Hakim tərəfləri sakitliyə riayət etməyə çağırıb. 

Daha sonra sabiq millət vəkili ekspertləri vəkillərinin verdiyi suallardan yayınmamqda ittiham edib. "Ekspertizaya təqdin edilən CD və DVD-lərdə vəkillər kəsilmələrin olduğunu deyir. Ekspertlər isə ancaq "bu mənim sahəm deyil və ya videoda texniki səhvlər var" deyə cavab verirlər". 

Vəkil Fazil Lətif Əliyevə sualla müraciət edib. Ondan "sizə təqdim edilən hər 3 diskdə Gülər Əhmədovaya pul təqdim edildiyini görmüsünüz?", deyə soruşub. Ekspert isə suala "xeyr" deyə cavab verib. Bundan sonra məhkəmə saat 15:00-a kimi fasiləyə çıxıb. 

Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sabiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirli bilinib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam