Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

18 Müsavatçının müraciəti əsassız sayıldı

08cb042e-28bc-472d-864e-2ba945a682cb_292

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat Partiyasından deputatlığa namizəd olmuş şəxslərin müraciətinə baxılıb.

Xeberinfo.com:   Məlumata görə, MSK Müsavat Partiyasından deputatlığa namizədliyi qeydə alınmış 18 nəfərin şikayətini müzakirə edib.
Onlar şikayətlərində oktyabrın 29-dan deputatlığa namizədliklərinin qeydiyyatından imtina etdiklərini bildiriblər və adlarının seçki bülletenindən çıxarılmamasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndiriliblər.
Lakin MSK şikayəti əsassız sayıb. Bildirilib ki, Müsavat Partiyasının namizədləri noyabrın 1-də keçirilmiş parlament seçkilərində seçki dairəsindəki lider namizədlərdən az səs toplayıblar. Buradan görünür ki, seçicilərin iradəsinə təzyiq kimi iddialar əsassızdır.
MSK sədri Məzahir Pənahov deyib ki, namizədliyin geri götürülməsi səsvermə gününə ən geci 10 gün qalmış mümkün ola bilər: “Müsavat Partiyasından deputatlığa namizədliyi qeydə alınanlar isə bu müddət keçdikdən sonra MSK-ya müraciət ediblər. Hüquqi baxımdan həmin şəxslərin deputatlığa namizədliklərinin ləğv edilməsi mümkünsüzdür. Bu məsələ birdəfəlik hər kəsə aydın olmalıdır. Bütün bunlar seçki Məcəlləsi ilə tənzimlənir”.
Sonda MSK müraciətı əsassız hesab edərək qəbul etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam