Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

29-da Şəmsəddin Hacıyevə rəqib görünmür!

               

 

 Professorun bu dəfə də Millət Vəkili statusunu qazanacağı gözlənilir

“Xeberinfo.com”:  Seçici aktivliyi və şanslı namizədi ilə diqqəti çəkən seçki dairələrindən biri də 29 Saylı Səbail Seçki Dairəsidir. Bu seçki dairəsi paytaxtın mərkəzində yerləşməklə, həm də elitar seçici kontingenti ilə fərqlənir. Bir sıra tanınmış siyasilər və mədəniyyət xadimləri də məhz bu dairənin seçiciləridir. Millət Vəkilliyinə iddialılar üçün bu fərqlilik şərəflə bərabər, məsuliyyət yükünün də qat-qat artması deməkdir.

 Millət Vəkilliyi uğrunda altı namizədin mübarizəyə qoşulduğu 29 Saylı Səbail Seçki Dairəsindən nəticə ilə bağlı ilkin ehtimallar da var. Artıq sonuclanmaqda olan seçki kampaniyasından namizədlərin reytinqi də bəlli olmaqdadır. Apardığımız müşahidələr və seçicilərlə söhbətimizdən Yeni Azərbaycan Partiyasının namizədi professor Şəmsəddin Hacıyevin qalib olacağını proqnozlaşdırmaq olar. Şəmsəddin Hacıyev həm alim, həm rəhbər şəxs (10 il İqtisadf Universitetinin rektoru olub.), həm də millət vəkili olaraq seçicilərinə yaxşı tanışdır. Kifayət qədər ictimailəşmiş fiqur kimi, cənab Hacıyev bütün fəaliyyəti ilə cəmiyyət üçün açıq olub.

Son beş ildə isə o Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Azərbaycan-Türkiyə, Azərbaycan-Almaniya , Azərbaycan-İran, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü kimi seçicilərinin etimadını yetərincə doğruldub. Bundan əlavə ötən beş oildə o 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin seçiciləri üçün də əhəmiyyətli layihələrə imza atıb.

Xatırladaq ki, Şəmsəddin Hacıyev Avropa Rektorlar Klubunun üzvü, Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) və Avstriya Beynəlxalq Universitetinin fəxri doktorudur. İctimai-siyasi fəaliyyəti ilə bağlı 10 noyabr 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

1 noyabr bütün dairələrdə olduğu kimi, 29 Saylı Səbail Seçki Dairəsində də qalibin müəyyənləşəcəyi gün olacaq. O gün layiqli namizəd ən böyük ödülü-seçici etimadını-qazanacaq. Son söz seçicilərindir.

 

  

 

İlqar 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam