Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Hədəfdə “Dəmiryolservis”in sədridir

 

Cavid Qurbanovun növbəti qurbanının kim olacağı məlum oldu

“Xeberinfo.com”: “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanovun kadr dəyişikliyinin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.  Bu istiqamətdə gözlənilən növbəti addımlarla bağlı cəmiyyətin koridorlarında müxtəlif söz-söhbətlər dolanmaqdadır. Hətta “vurulacaq” kadrlarla bağlı hansısa siyahının varlığından danışanlar da var. İndi kreslo sahibi olan bütün dəmiryolçular təşviş içindədir. Kimisi yeni sədrə çıxış axtarır, kimisi də kabinetindəki əşyalarını toparlayıb məlum əmri gözləyir.

Cəmiyyətdəki narahatçılıq da başadüşüləndir. Əksəriyyət yeni sədrin bu dərəcədə qabağa gedib, Ziya Məmmədovun doğmalarını görəvdən alacağını gözləmirdi. Xatırladım ki, cənab Qurbanovun ilk kadr dəyişikliyi məhz nəqliyyat nazirinin qardaşı oğlu və qaynı ilə bağlı oldu. Qeyri-dəqiq məlumatlara görə nazirin digər qohumu Elyar Muradovun da ərizəsi alınıb. Belə olan halda məlum narahatçılıq niyə də anlaşılan olmasın.

Bu gün “xeberinfo.com”a “Azərbaycan Dəmir Yolları” QSC-də gözlənilən kadr dəyişikliyi ilə bağlı yeni məlumat daxil olub. Məlumata görə kürsüsü ilə vidalaşmalı olacaq növbəti şəxs “Dəmiryolservis” MMC-nin sədri Əliəşrəf Lütvəlibəyovdur. Əslində Əliəşrəf Lütvəlibəyovun vəzifəsindən alınması cənab Qurbanovun ilk addımı kimi gözlənilirmiş. Dəyişikliyin hələ də gecikməsinin isə özəl səbəbi var. Bu səbəblər haqqında qarşıdakı günlərdə...

Hələlik isə məlumat üçün onu qeyd edək ki, “Dəmiryolservis” MMC “Azərbaycan Dəmir Yolları” QSC-nin nəhəng strukturlarından sayılır. Birmənalı şəkildə bütün dəmir yollarının çəkilişini məhz “Dəmiryolservis” MMC həyata keçirir.  Əliəşrəf Lütvəlibəyovun rəhbərliyi altında 10-dan yuxarı idarə fəaliyyətdədir. Demək nə “Dəmiryolservis” MMC sıradan təşkilat deyil, nə də hörmətli Əliəşrəf Lütvəlibəyovun kürsüsü.

Redaksiyamıza cənab Lütvəlibəyovun fəaliyyəti və nədən hədəfə alınması ilə bağlı məlumatlar daxil olub. Qarşıdakı günlərdə bu məlumatlarla bağlı geniş yazmağa çalışacağıq.

Hörmətli Əliəşrəf Lütvəlibəyovla telefon əlaqəsi yarada bilsək də, suallarımıza cavab ala bilmədik.   

 

 

Murad                     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam