Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Gigiyena və Epidemiologiya Mərkəzi reketlik edir"

“Elə dövlət qurumları var ki, onun səlahiyyətini başqa quruma vermək və ya yenidən təşkil etməklə heç nə dəyişməyəcək”.

 

Xeberinfo.com:   Məlumata görə, bu açıqlama ilə iqtisadçı-ekspert Qadir İbrahimli Feysbukda çıxış edib. Onun sözlərinə görə, bu qurumları sadəcə ləğv etmək lazımdır:

 

“Məsələn, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzini qeyd tmək olar.  Struktur tam şəkildə reketliklə məşğuldur, obyektlərdən təzminat yığır. Belə faydasız qurumların mövcudluğu səmərəsizdir. Üstəlik, büdcə israfçılığıdır”.

 

Bildirək ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) özbaşınalıq baş alıb gedir. Mərkəzin fəaliyyəti vətəndaşların sağlamlığı üzərində deyil, başqa maraqlar üzərində qurub. Demək olar ki, qurumun yerli şöbələrində vəziyyət bərbad haldadır. Yerli şöbələrin çoxu fəaliyyətində ciddi nöqsanlara yol verir.

 

Ona görə də bu sahədə problemlər durmadan artır. Mərkəzin rəhbəri işinə qarşı laqeyd münasibət sərgiləyir. Bundan başqa RGEM və onun yerli şöbələri az qala hər gün paytaxtda, həmçinin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən şadlıq evi, kafe və restoranlarda, dükan və mağazalarda, həmçinin digər ticarət obyektlərində yeri gəldi-gəlmədi yoxlamalar aparır, sahibkarların, iş adamlarının normal fəaliyyət göstərmələrinə ciddi şəkildə maneçilik yaradırlar.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Lakin buna baxmayaraq RGEM və onun yerli şöbələri bir çox sahibkarın işinə yersiz müdaxilələr edərək onların fəaliyyətinə mane olmağa çalışırlar. Mərkəzin şöbələri sahibkarlardan nəsə tələb edirlər. Sahibkarlar tələb olunanı verməyincə onların işinə daim müdaxilələr edirlər və cərimələyirlər. Buna görə də sahibkarlar gigiyena və epidemiologiya mərkəzlərinin əməkdaşlarının tələblərini yerinə yetirməyə məcbur olurlar. Əks halda müxtəlif bəhanələr altında cərimələnirlər.(TİA.AZ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam