Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

YAP pulsuz vaxtdan imtina edəcək

 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək.

"Xeberinfo.com":   Məlumata görə, bunu report-a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, YAP ödənişsiz efir vaxtından imtina edəcək. O xatırladıb ki, 2010-cu ilin parlament və 2014-cü ilin bələdiyyə seçkilərində YAP-ın 60-dan artıq seçki dairəsində namizədi qeydə alınıb, amma hakim partiya pulsuz efir vaxtından imtina edib: "Biz bütün seçkilərdə, o cümlədən 2010-cu ilin parlament və 2014-cü ilin bələdiyyə seçkilərində partiya olaraq iştirak etmişik. Belə olanda YAP-a pulsuz efir vaxtı ayrılır, dövri mətbuatda təşviqatın aparılmasına şərait yaradılır. Amma biz bundan imtina edirik, çünki başqa partiyalar 60 dairədən namizəd irəli sürməyə adam tapmırlar. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina edirik".

YAP icra katibinin müavini deyib ki, pulsuz efir vaxtının ayrılmasının məqsədi hər bir namizədə bərabər təbliğat-təşviqat kampaniyası aparmaq üçün şərait yaratmaqdır: "Mərkəzi Seçki Komissiyası bütün namizədlərin efir vaxtından istifadə hüququnun olması ilə bağlı qərar verə bilər. 2010-cu ilin parlament seçkilərində hər bir dairədən olan namizədlərin "dəyirmi masa"ları keçirildi. Yəqin ki, bu il də belə olacaq".

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təbliğat-təşviqat aparmaq üçün şərait yaradılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam