Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın Azərbaycana növbəti TƏXRİBAT

 

“Bu sayt Rusyaya aiddir. Rusiyanın Azərbaycana qarşı belə provatik hərəkəti ilk dəfə deyil” 

"Xeberinfo.com":   Məlumata görə, Rusiyada fəaliyyət göstərən “gismeteo.ru” saytı beynəlxalq hava haqqında proqnozlar barədə məlumat yayır.
Sayt Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərin qoyduğu adlarlarla təqdim edib. “Qarabağən Azərbaycanlı İcması”nın İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev Modern.az saytına bu problemlə bağlı fikirlərini bölüşüb.
O, bunu beynəlxalq qanunlara və hüquqa zidd olan bir hərəkət kimi qiymətləndirib:
“Təəssüflər olsun ki, Ermənistan işğalçı siyasətini həyata keçirir və havadarları ona bu şəraiti yaradır. Əgər belə bir hal baş verirsə, dərhal müraciət etmək və bu problemi aradan qaldırmaq lazımdır. İşğal altında olan torpaqları işğalda saxlaya-saxlaya nəinki onların adlarını, hətta Azərbaycana aid olan mədəni və tarixi abidələrin hamısını ya dağıdıblar, ya da özəlləşdiriblər. Ermənistanın lobbisinin və havadalarının maliyyəsi ilə siyasi hərəkətlər edənlərin apardığı fəaliyyət nəticəsində Azərbaycana qarşı bu cür xoşagəlməz hərəkətləri həyata keçirirlər.
Təəssüf hissi ilə qeyd edirəm ki, düşünə bilən insanlar bu cür hallara yol verirlər. Bu sayt Rusyaya aiddir. Rusiyanın Azərbaycana qarşı belə provatik hərəkəti ilk dəfə deyil. Onlar bu barədə düşünməli və belə yanlış yanaşmaya son qoymalıdırlar”.
Rövşən Rzayev Rusiyanın ikitərəfli mövqedə ola bilməməsi qənaitindədir: “Çünki müstəqil dövlətlərarası münasibətlər beynəlxalq hüquqla tənzimlənir.
Əgər Rusiya işğal altında olan torpaqların Azərbaycana məxsusluğunu qəbul edirsə, deməli, burda ikinci tərəfə yer ola bilməz. Əgər varsa, deməli, burda maraqlar var.
Dağlıq Qarabağ Azərbaycan bölgəsidir. Üstəlik, Dağlıq Qarabağa aidiyyəti olmayan 7 rayon işğal altındadır. Bu rayonların da adın dəyişirlərsə, bu, o deməkdir ki, normal düşüncədən və beynəlxalq hüquqdan tamamilə kənardırlar. Onların bunu düşünməyə ixtiyarları yoxdur. Bu birbaşa işğalçı faktorun, apardığı siyasətin bir hissəsidir”.
R.Rzayev məsələnin tezliklə çözümü üçün müvafiq instansiyalara müraciət edəcəklərini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam