Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“DQR” “prezidenti”nin London səfəri təxirə salınır?

 

Qarabağ separatçılarının lideri Bako Saakyanın iyulun 8-nə təyin olunmuş çıxışı barədə informasiyaya Beynəlxalq Münasibətlər üzrə Britaniya Kral İnstitutunun (“Chatham House”) saytının “events” bölümündə rast gəlinmir.

"Xeberinfo.com":  “Chatham House” bundan əvvəl Saakyanı Qarabağ və regional təhlükəsizlik məsələlərinə dair çıxış etməyə dəvət etdiyi haqda xəbər vermişdi.

Qeyd edək ki, Azərbaycan XİN B.Saakyanın Londona dəvət olunması ilə bağlı iyulun 1-də etiraz bəyanatı ilə çıxış etdi. Rəsmi London isə öz növbəsində yaxasını kənara çəkərək “Chatham House”yə aidiyyətinin olmadığını bildirərək Böyük Britaniyanın “DQR”-i tanımadığını bəyan etdi. Bəyanatda o da vurğulanırdı ki, Böyük Britaniya hökumətinin Qarabağdakı tanınmamış separatçı rejimlə və onun hər hansı nümayəndəsi ilə heç bir təması yoxdur.

“Chatham House” “Turan” agentliyinin Saakyanın çıxışı haqda informasiyanın tədbirlər proqramından çıxarılmasına dair yazılı sorğusunu cavablandırmaqdan imtina edib.

“Chatham House”nin saytında hazırda yalnız 3 tədbir haqda məlumat var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam