Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azadlıq -2015" seçkiləri boykot edə bilər

 

"Azadlıq -2015" siyasi partiyalar blokunun fövqəladə toplantısı başa çatıb. 
 
"Xeberinfo.com":   Məlumata görə, bu barədə musavat.com-a blokun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki , toplantıda irəli sürülmüş namizədlərin, bloka daxil olan bəzi  siyasi partiyaların sədrlərinin Milli Məclisə bu ilin 1 noyabrına təyin edilmiş seçkilərdə iştirakdan kənarlaşmaq barədə müraciətləri müzakirə edilib. İmza vərəqləri almaq üçün müraciətlərə qanunsuz əngəllər törədilməsi, namizədlərin müdafiəsi üçün  imza toplanmasına manelər yaradılması,  irəli sürülmüş namizədlərin öz namizədliklərindən imtinası üçün onlara təzyiqlər, o cümlədən yaxın qohumların təhdid edilməsi vasitəsi ilə təzyiqlər edilməsi, habelə demokratik  beynəlxalq aləm  və bir sıra yerli siyasi qüvvələr tərəfindən  bu seçkilərin boykot edilməsi əsas  göstərilərək həmin müraciətlərdə tələb edilir ki,  blok seçkilərdə iştirakdan imtina etsin və namizədlərini geri çəksin. 
 
Müzakirələrdə qeyd olunan faktlarla yanaşı seçkiətrafı ümumi siyasi mühitin iqtidarın hətta imitasyon demokratiya modelindən də imtina etməsi əlaməti kimi dəyərləndirilib. Məsələnin Azərbaycan siyasətində  geosiyasi   vektor dəyişikliyi ilə nəticələnə biləcəyindən xüsusi narahatlıqlar ifadə edilib. Seçkilərdə iştirak tərəfdarları seçkilərdən demokratik mübarizə vasitəsi  kimi istifadə  strategiyasının yarımçıq saxlanmasının fəsadlarını göstəriblər. Qərara alınıb ki, məsələ bloka daxil olan siyasi partiyaların kollegial səlahiyyətli orqanlarında baxıldıqdan və müvafiq qərar qəbul etmələrindən sonra həmin qərarlar nəzərə alınmaqla yekun qərar qəbul edilmək üçün  yenidən müzakirəyə  çıxarılsın.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam