Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyədə 14 may seçkisi necə sonuclana bilər? -Nəsimi Məmmədli yazır

Türkiyədə prezident seçkiləri: Bu 4 namizəd mübarizə aparacaq
Yenixeber.org: Türkiyədəki prosesləri sosial, iqtisadi, siyasi, ideoloji, milli, dini, tarixi, mənəvi-psixoloji amillər üzərindən xeyli müddətdir analiz edirəm. 14 may 2023-cü ildə keçiriləcək seçkini də məhz yuxarıda sadaladığım parametrlər, obyektiv saydığım statistika, əlimdə olan digər bilgilərə və siyasi meyarlara əsaslanaraq təhlil etmişəm. Gəldiyim qənaəti, nəticələri paylaşmaq istəyirəm. Təbii ki bütün parametrlər üzrə təhlillərimin detallarını təqdim etməyəcəm. Əslində bu, heç həvəskar oxucu üçün önəmli də deyil.
Türkiyədə mayın 14-də son 30 ilin ən kəskin siyasi-ideoloji rəqabətli seçkisi olacaq. Eyni zamanda bu seçki beynəlxalq münasibətlərin dərin böhran keçirdiyi, çoxsaylı qlobal və regional təhdidlərin yüksəldiyi, yeni dünya düzəninə keçidin sürətləndiyi çox mürəkkəb və ziddiyyətli bir dövrə təsadüf edir. Dünyada artan iqtisadi, ekoloji, hərbi-siyasi, kiber təhlükəsizlik problemləri nəinki iqtisadi-siyasi sabitliyi kövrək olan ölkələrə, hətta inkişaf etmiş ölkələrə də təsirsiz ötüşmür.
Seçki məhz belə bir gərgin dövrə təsadüf etdiyi üçün Avropada, Amerikada, Asiyada, Afrikada və regionda maraqla izlənir. Nəticələr yalnız Türkiyəyə deyil, digər region dövlətlərinə də təsir edə bilər. Ölkəmizdə də bu seçki böyük maraqla və həyəcanla izlənilir. İqtidarın, müxalifətin, sivil toplumun, habelə İrana, Rusiyaya, Qərbə xüsusi rəğbət bəsləyən qrupların, milli, dini və liberal ideoloji görüşlü insanların fərqli nəzərlərlə baxdığı və qızğın müzakirə etdiyi bir seçkidir.
Türkiyə Respublikasının sabitliyi, təhlükəsizliyi, inkişafı, beynəlxalq siyasətdə yeri və rolu bu seçkinin sonuclarından çox təsirlənəcək.
            Seçki hansı şəraitdə keçirilir?
Türkiyədə sosial-iqtisadi və hüquqi problemlər, yüksək infilyasiya, qaçqın problemi, zəlzələnin yaratdığı irimiqyaslı dağıntıların və insan itkilərinin olduğu əksəriyyətin gördüyü gerçəklərdir. Bununla yanaşı, Türkiyə seçicilərinin müəyyən hissəsi siyasi-ideoloji mənsubiyyətindən asılı olmayaraq yeni nəfəs, yeni idarəçilik, köklü siyasi dəyişiklik arzusundadır. Türkiyədə 65-70 faiz təşkil edən mühafizəkar kəsim də əhəmiyyətli şəkildə fərqli qütblərə bölünüb.
Eyni zamanda Avropanın və ABŞ-ın informasiya resurslarında da müxalifətin təbliğatına xidmət edən çoxsaylı məqalələr və reportajlar yayılır. 21 ildir fasiləsiz davam edən iqtidardan yorulan əhalini də nəzərə alsaq, müxalifətin seçki prosesinə ən azı bir addım irəlidə başladığını həm Azərbaycanda həm də Türkiyədə iddia edən çoxsaylı analizlər görərik.
Müxalifətin avantajı ilə başlayan seçki prosesində iqtidarın bir seçki bloku olduğu halda, müxalifətin sırası daha genişdir. Prezidentlik yarışında 4 namizəd iştirak edir. M.İncə namizədlikdən imtina etsə də qanunun tələbinə görə adı siyahıda qalıb. Seçki bülletenində R.T.Ərdoğan, M.İncə, K.Kılıçdaroğlu, S.Oğan ardıcıllığı davam edir.
Parlamentə seçilmək üçün öz adı və emblemi ilə 14 partiya qeydə alınsa da prosesdə daha çox partiya iştirak edir. Parlament seçkilərində mübarizəyə 5 seçki bloku qatılıb, lakin əsas rəqabət 2 seçki bloku arasındadır. Ata İttifaqı və Sosialist Güc Birliyi ittifaqının parlamentdə təmsil olunması real deyil.
Cumhur ittifaqı, Millət ittifaqı və Əmək və Özgürlük ittifaqı parlamentdə təmsilçilik əldə edə biləcəklər. Rəsmi qeydə alınan 4 partiya iqtidarı dəstəklədiyi halda 10 partiya müxalifət mövqeyində dayanıb.
İqtidarın əlində inzibati resurslar daha çox olsa da müxalifətin də bu istiqamətdə təsirli imkanları var. Təqribən 17 partiya, 11 böyük şəhər bələdiyyəsi, 256 deputatı var. Rəsmi informasiya-təbliğat resurslarında balans qorunsa da sosial şəbəkələrdə və sosial mediada, küçə və meydanlarda tərəflərin təbliğat imkanları sərhədsizdir.
Çox kiçik istisnalarla seçki prosesində xüsusi gərginlik, kobud hüquq və qanun pozuntusu qeydə alınmadı. Seçki yarışına qatılan hər kəs öz tərəfdarları ilə istədiyi yerdə, vaxtda, şəraitdə görüşə bildi. Seçki komissiyalarında müxalifətin müşahidə və nəzarət imkanları iqtidarla müqayisədə xeyli çoxdur. Səsvermənin nəticələrinə təsir edə biləcək saxtakarlıq imkanları məhduddur. Alqışlanacaq demokratik bir seçki kampaniyası yekunlaşdı.
Bu seçkidə səsvermə hüququ olan 64.113.941 milyon seçici var. Prezident seçilməsi üçün tələb olunan 50+1 əldə etmək olduqca çətindir. Nəzəri baxımdan 100 faiz iştirak olarsa təqribən 32.1 milyon səs almaq lazımdır. Təcrübə göstərir ki heç vaxt 100 faizlik iştirak mümkün olmayıb. Bundan öncəki (24 iyun 2018) parlament və prezident seçkisi rəqabətli keçsə də seçici iştirakı 86.24% oldu. Habelə, 16 aprel 2017-ci il Referendumu da kəskin rəqabət şəraitində keçdi, lakin səsvermədə iştirak 87,45% -i keçmədi.
Bu seçkidə də seçici fəallığının yüksək olması gözlənilir. Təqribən 85-87 % iştirak ehtimalı var. Bu isə təqribən 54-56 milyon seçici iştirakı deməkdir. İlk turda seçkinin qalibi olmaq üçün namizədlərə minumum 27 milyon, maksimum isə 28 milyon səs lazımdır.
Rəqabətli keçən seçkilərdə Cumhur ittifaqının və Millət ittifaqının səslərini analiz edərkən qarşımıza belə bir mənzərə çıxır.
2017-ci il referendumunda mövcud iqtidarla müxalifətin bütün resursları rəqabətə cəlb edilmişdi. “Evet” deyənlər 24.325.633 (51,18%) , “Xeyir” deyənlər 23.203.316 (48,82%) səs almışdı.
24 iyun 2018-ci ildə keçirilən Prezident seçkisi də mövcud iqtidarla müxalifətin kəskin rəqabəti şəraitində keçdi. Bu seçkidə Ərdoğan 26.330.823 milyon (52.59%) səs aldığı halda müxalifətin vahid namizədi İncə 15.340.321 milyon (30.64%) səs ala bildi. 2017-ci ilin Referendumunda müxalifət indiki kimi geniş koalisiya qurmuşdu. Ancaq 2018-ci ilin Prezident seçkisində müxalifət bir neçə namizədlə iştirak edirdi. HDP sədri S.Demirtaş 4.205.794 milyon (8.40%), M.Akşener 3.649.030 milyon (7.29%) səs almışdı. Digər 2 namizədin aldığı səslərin cəmi 500 mindən (1%) bir az çox idi.
İndi həm Akşener, həm də Demirtaş müxalifətin vahid namizədi Kılçdaroğlunu dəstəkləyir. 5 il öncəki nəticələrə baxsaq Ərdoğanın 26.3 milyon səsinə qarşı müxalifətin ümumi səsi 23.1 milyon təşkil edib. 2018-ci ilin seçkisindən sonra seçici sayı 59.3 milyondan 64.1 milyona yüksəlib. Bu isə yeni 4.746.472 milyon seçici deməkdir.
           Hazırda vəziyyət necədir?
Apardığımız araşdırmalar, özəl qaynaqlardan əldə etdiyimiz bilgilər, sosioloji sorğular və tədqiqatlar əsasında hazırkı vəziyyəti belə qiymətləndiririk.
İqtidarın seçki qərargahı hesab edir ki, seçkiyə 3 gün qalmış onları təqribən 28 milyondan çox, müxalifəti isə 24-25 milyon seçici dəstəkləyəcək. Müxalifətin seçki qərargahı isə özünün sabit səslərini təqribən 27 milyondan çox, iqtidarın səslərini isə 25-26 milyon ətrafında olacağını qeyd edir. Sorğu şirkətlərinin anketlərində yayılan nəticələri öz təhlilimizdə həlledici faktor kimi nəzərə almamışıq, lakin bütün staistikaları hərtərəfli təhlil etmişik.
Deməli, tərəflərin iddialarını əsas götürsək qərarlı seçicilərin sayı təqribən 52-53 milyondur. Digər açıq mənbələr də təqribən belə bir nəticəyə yaxın rəqəmlər səsləndirir. Ortada mövqeyi dəqiqləşməyən seçici sayı təqribən 11-12 milyondur. Seçkidə iştirak faizinin aşağı və yuxarı ehtimallarını da nəzərə alsaq əslində qərarsız seçicilərin sayı 2-3 milyon ətrafında ola bilər. Seçkidə iştirak 88%-dən çox olarsa 2-ci tur ehtimalı yüksəkdir. Ancaq iştirak faizi aşağı olarsa 1-ci turda qalib bəlli olacaq.
Parlament seçkilərin nəticələri prezident seçkiləri ilə müqayisədə daha aydındır. Cumhur İttifaqı təqribən 49-51 faiz, Millət İttifaqı isə təqribən 30-32 faiz. HDP-nin 10-12 faiz səs alacağını ehtimal edirik. Faizlər arasında təqribən 1-2 faiz yanılma səsvermədə iştiraka bağlıdır.
Müxalifət seçki öncəsi çox şanslı olduğu halda 6 partiyanın irəli sürdüyü namizədin ən yaxşı seçim olmadığı qənaəti xeyli müzakirə olundu. Bu isə ictimai rəydə müxalifətə mənfi təsir yaradan amil kimi görünür. Müxalifətin seçimi fərqli olsaydı nəticələr indikindən xeyli fərqli ola bilərdi. 2010-cu ildə CHP-nin sədri olan Kılıçdaroğlu ilə Ərdoğan 10 müxtəlif seçkidə rəqib kimi qarşılaşıb. Bütün seçkilərdə Kılıçdaroğlu Ərdoğana məğlub olub.
Bu seçkinin sonucları ilə bağlı aydın və cəsarətli proqnoz vermək olduqca çətindir. Proqnoz vermək üçün əldə olan bilgilər təhlilçi üçün əminlik yaratmalıdır. Təbii ki namizədlərin reytinqi bir-birinə çox yaxın olduğu üçün əksəriyyət təhlilçilər haqlı olaraq proqnoz verməkdən çəkinir. Türkiyədə son 20 ildə keçirilən 15 səsvermənin nəticəsini dəqiq proqnoz etmiş bir şəxs kimi bu seçkidə də müşahidə və analizimi yoxlamaq istəyirəm.
Bu seçki Türkiyədə “sağ-sol” rəqabətini həlledici siyasi amil kimi ortadan qaldıracaq. Hər iki siyasi blokda millətçilər, dinçilər, etniklər, solçular, sağçılar var. Hətta kənardan dəstək verən radikallar və terrorçular da öz mövqeyini açıqlayıb.
               Bəs kim qazanacaq?
Bu seçkidə türk millətçilərin və inanclı kəsimin əsas dəstək verdiyi Cumhur İttifaqı daha şanslı görünür. Nəticələrə təsir edən bir neçə amillər var. Ərdoğan Atatürkdən sonra Türkiyənin ən xarizmatık lideridir. İqtidarda olduğu müddətdə çoxsaylı müsbət işlər görüb. Son illərin böyük və uğurlu layihələri birbaşa onun adı ilə bağlıdır. Natiqlik qabiliyyəti ilə seçicini inandırmaq bacarığı çox yüksəkdir. 21 il ərzində bütün seçkilərdə sabit elektoratını əsasən qoruyub saxlayıb. Seçici artımına nisbətdə səslərini də hər seçkidə artırmağa nail olub. Ölkə ərazisində ən kütləvi, nizamlı və cevik təşkilata sahibdir. Dindar kəsimin hələ də alternativsiz siyasi lideridir.
Qərarsız seçicilərin dəstəyini qazanmaq üçün atdığı addımlar, verdiyi vədlər müxalifətin vədlərindən və addımlarından daha cazibəli göründü. Kampaniyanın gedişində problemlərin həllinə münasibətdə müxalifətin üstünlüyü görünmədi. Mənim qənaətimcə müxalifət fürsəti qaçırdı.
Qərarsız seçicilər sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, sabit siyasi-inzibati idarəçiliklə bağlı vədində müxalifəti inamlı görə bilmədi. Xarici siyasətlə bağlı açıqlamalar isə ümumiyyətlə müxalifətin zərərinə işlədi.
Əksinə, iqtidar milli təhlükəsizlik, xarici təhdidlər, terror təhlükəsi, ölkənin müdafiə gücünün artırılması yönündə daha təsirli gedişlər etdi. İmperiya keçmişi olan toplumun həssas nöqtələrinə iqtidar daha yaxşı toxuna bildi. Yenə də islam və millətçilik pərdəsini öz üzərinə çəkə bildi.
Sonucları belə təxmin edirik. Əgər 85-87% seçici iştirak edərsə birinci turda təqribən 28 milyon səslə 50+1 % iqtidar qalıb gələcək. İştirak faizi daha yüksək olarsa seçki ikinci tura keçəcək. İkinci tur olarsa onun proqnozunu ayrıca təqdim edərik. Çünki bir həftə ərzində baş verə biləcək olayları təxmin etmək çətindir.
Son olaraq, nəticədən asılı olmayaraq Türkiyədə demokratiya qalib gələcək, layiqlik davam edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam