Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Əli İnsanovun nümayəndəsi çağrış etdi

 

    “Mən bütün Azərbaycan xalqına və müxalif düşərgəyə müraciət etmək istəyirəm. Hamımızın gözlərinin qarşısında Əli İnsanov mövcud hakimiyyətin zülmünə qarşı sarsılmaz, dönməz mücahidlər kimi döyüşür”. 
    "xeberinfo.com": Bu fikirlər Ukraynada yaşayan həmyerlimiz, sabiq nazir Əli İnsanovun müdafiəçilərindən biri Yalçın Qəhrəmanoğlunun müraciətindəndir. Müraciət müəllifi qeyd edib ki, o, həkim, görkəmli alim, ziyalı olmaqla yanaşı, həm də prinsipial və dönməz insandır: “Əli İnsanov 68 yaşına, xəstəliklərinə və bununla yanaşı 9 il dözülməz şəraitdə, mənəvi, psixoloji və fiziki təzyiqlərə, həbsxana şəraitinə baxmayaraq cəmiətimizə, zülmlə barışmayan insanlara, hər birimizə bir örnəyə çevrilməkdədir. O, bu gün məhkəməni tribunaya çevirib, bizim sözümüzü deyir, sizin sözünüzü deyir. Lakin bəzi hallarda müxalifət mətbuatında ona qarşı qərəzli, bəlkə də bir qədər qısqanc münasibətin də şahidi oluruq. Amma məncə bu, düzgün deyil. Əli müəllim birbaşa elan etdi ki mövcud rejimlə sonacan mübarizə aparacaq və aparacaq da. O, vətənimizi bu zülmdən qurtarmaq üçün mübarizə aparanlara şübhəsiz dəstək verəcək, necə ki, həbsxanadan dəfələrlə dəstək verib. Onun azadlığa çıxması müxalifət düşərgəsini çox gücləndirəcək, hakimiyyətin cəza aparatını durduracaq. Əminəm ki, Əli İnsanovun təmsil olunduğu, rəhbərliyində olduğu təşkilata qarşı bu hakimiyyətin dəyənəyi qalxmayacaq. Dəqiq bilirəm ki, hakimiyyət strukturlarının əksəriyyəti, xüsusilə də onun orta təbəqəsi bütövlükdə Əli müəllimi özünə ağsaqqal bilir, onu şəxsi nüfuzu qarşısında hakimiyyətin zirvəsindəkilərin acizliyindən yaxşı xəbərdardırlar. O, bəlkə də yeganə adamdır ki, güc strukturları ilə xalqın birliyini təmin edib, qansız-qadasız dəyişiklikləri təmin edə bilər, cəmiyyəti gələcək sarsıntılar zamanı dərin parçalanmadan qoruya bilər”.
    Y.Qəhrəmanoğlu daha sonra yazıb: “Bütün Azərbaycanı sevənləri, onu bu zülmdən qurtarmaq istəyənləri, xüsusilə müxalifət təşkilatlarının və mətbuatının rəhbərlərini və fəallarını, ümumiyyətlə bütün vicdanlı və əqidəli insanları Əli müəllimin səsinə səs verməyə, onun hüquqlarını müdafiə etməyə çağırıram!”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam