Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Hüquqi yolla möhürü Əli Kərimlinin əlindən almaq niyyətindəyik”

 

“Heç bir halda nə AXCP-nin adını dəyişəcəyik, nə də adına hər hansı hərf əlavə edəcəyik”

 

"Xeberinfo.com":   AXCP sədrinin sabiq müavini Razi Nurullayevin APA-ya müsahibəsi

 

AXCP ilə bağlı ad davası siyasi tariximizdə bir neçə dəfə yaşanıb. Siz indi bu iddia ilə uğur qazanacağınıza nə dərəcədə əminsiniz?

 

- Mən Yeni Demokratiya Hərəkatını elan etmişdim və bu istiqamətdə müəyyən işlər aparırdım. Amma dost və tanışlarım daha çox AXCP-dədir. Mən cəbhəçilərdə bir hal gördüm. Gördüm ki, onlar yeni bir təşkilata getmək, yeni bir təşkilatda birləşmək istəmirlər. Onlar cəbhəçidirlər, AXCP-də qalmaq arzusundadırlar. Yəni başqa bir təşkilatda təmsil olunmaq istəmirlər, cəbhəçi kimi qalmaq niyyətindədirlər. Uzun-uzadı müzakirələrdən sonra düşündük ki, AXCP-dən ayrılıb nəyisə yaratmaq, düzəltmək, yeni bir təşkilat qurmaq əvəzinə, elə çoxluğun fikrini nəzərə alıb, partiyanı içəridən dəyişmək lazımdır. Düşündük ki, Əli Kərimlinin ətrafından insanları cəlb etməklə, təzyiq göstərərək Əli Kərimlini istefaya vadar edək və partiyanın bütövlüyünü qoruyaq, partiya bir olsun. Əgər doğrudan da Əli Kərimlinin ən böyük istəyi xalqa xidmət etməkdirsə, ən böyük xidməti partiya sədrliyindən getmək və AXCP-nin bütövlüyünü qorumaq olacaq. Əks halda biz hüquqi və digər vasitələrdən istifadə edərək onu partiya sədrliyindən uzaqlaşdıracağıq. Hüquqi yolla möhürü onun əlindən almaq niyyətindəyik.   

 

- Keçmişdə bu yöndə iddiaların və cəhdlərin uğursuzluqla nəticələnməsini nəzərə almırsınız?

 

- Heç bir halda biz partiyanın adını dəyişmək fikrində deyilik. Yəni bir az zaman keçsin və zaman keçəndən sonra adını dəyişərək başqa formatda fəaliyyət göstərmək məsələsi müzakirə olunmayıb və olunmayacaq da. Fəaliyyətimizdə, missiyamızda və qərarımızda israrlıyıq. Biz heç bir halda geri çəkidən deyilik. İstənilən halda AXCP olacaq və birləşərək vahid şəkildə fəaliyyət göstərəcək. Heç bir halda nə AXCP-nin adını dəyişəcəyik, nə də adına hər hansı hərf əlavə edəcəyik.

 

- Ancaq siz əvvəllər bu fikirdə idiniz ki, Xalq Cəbhəsi adından imtina etmək yaxşı olardı, Xalq Cəbhəsi bir hərəkat olub, missiyasını başa vurub, uğur qazanmaq üçün yeni adlarla partiyalar yaradaraq mübarizə aparmaq lazımdır.  İndi nə oldu ki, fikriniz dəyişdi?

 

- Cəmiyyətin bir sosial sifarişi var. Əfsuslar olsun ki, Azərbaycanda hələ ki  o yeni proses, çalarlar və adları qəbul etdirmək üçün elə bir siyasi şərait yoxdur. Hələ də siyasi mübarizədə fəal olan insanlar mövcud siyasi partiyalardadır. İkincisi, ən populyar, ən gözəl adlar hamısı götürülüb və hər kəs bir partiya yaratdığını elan edib. Yaradıldığı elan edilən 100-dən çox, qeydiyyatdan keçmiş isə 50-dən çox partiya var. Böyük Azərbaycandan tutmuş Turan, adları ilə dünyanı birləşdirən partiyalar mövcuddur. Hazırda partiya üçün normal bir ad tapmaq da mümkün deyil. Hesab edin ki, bütün populyar və Qərbyönümlü adlar götürülüb və sıradan çıxarılıb. Məsələn, bu gün Azərbaycan sosial cəhətdən həssas ölkədir, insanların sosial problemləri çoxdur. Əslində Azərbaycanda sosial demokratlar daha güclü olmalı idilər, çünki xalq sosial demokratiyanı istəyir. Amma sosial demokratiya ideologiyasını Zərdüşt və Araz Əlizadə qardaşları məhv edib, təpiklə vuraraq arxivin bir küncünə atıblar. Əlizadə qardaşlarının  ucbatından Azərbaycanda insanlarda sosial demokratlara və sosial demokrat ideologiyasına nifrət yaranıb. Ona görə də hesab edirəm ki, hələ ki mövcud partiyalarda müəyyən bazalar qalıb və bunun üzərindən siyasəti quraraq irəli getmək lazımdır. Gələcəkdə isə potensial və baxışın dəyişməsindən sonra növbəti mərhələyə keçid almaq olar.

 

- Yəni növbəti mərhələdə yeni adla yeni siyasi qurumlar yaratmaq olar?

 

- Bəli.

 

- Qurultayı nə vaxta planlaşdırırsınız?

 

- Çalışacağıq ki, qurultayı yaxın zaman ərzində, 1,5-2 ay ərzində yekunlaşdıraq.

 

- Qurultaydan sonra hansı addımları atacaqsınız?

 

- Qurultaydan sonra Ədliyyə Nazirliyinə müraciət ediləcək. Situasiya və hüquqşünasların məsləhətinə uyğun olaraq məhkəməyə də müraciət edilə bilər.

 

- “Azadlıq” qəzetinə çağırışınız nə ilə bağlıdır? 

 

- Biz çağırış etmişik ki, “Azadlıq” qəzeti Əli Kərimlinin əsarətindən qurtulub, xalqa, cəbhəçilərə xidmət yolunu tutsun. Çağırış qəzetin kollektivinə ünvanlanıb. Biz “Cümhuriyyət” qəzetini bərpa edirik və qəzet bizim təsisçiliyimizlə fəaliyyətini yenidən davam etdirəcək. “Cümhuriyyət”  Əbülfəz Elçibəyin təsis etdiyi qəzetdir. Elçibəy 1998-ci ildə qəzetin təsisçiliyini kollektivə və Yadigar Məmmədliyə verib. “Cümhuriyyət” qəzeti vaxtilə Əli Kərimlinin hücumlarından qorunmaq baxımından Əbülfəz Elçibəy üçün bir tribuna idi.   

 

- Media sahəsində hansı uğurlar gözləyirsiniz?

 

- Bütün imkanlarımızdan istifadə edəcəyik ki, “Cümhuriyyət”  qəzetində yeni yazılar, baxışlar olsun. Bu, jurnalist kollektivindən asılı olacaq, bunun üçün hələ çox çalışmalıyıq. Danışıqlar aparılmalı, çoxlu sayda dostlarımıza kömək üçün müraciət edilməlidir. Çətin bir prosesdir. Ümid edək ki, bu çətin prosesi arxada qoya biləcəyik. Hələ ki çalışma mərhələsindəyik. 

  

- Qarşıdan parlament seçkiləri gəlir. Qurultay, partiya quruculuğu fonunda seçkilərdə iştirakı planlaşdırırsınızmı?

 

- Təbii ki, parlament seçkilərinə ciddi hazırlığımız ola bilməz. Amma ayrılıqda parlament seçkilərində iştirak etmək niyyətindəyik. Hesab edirəm ki, parlament seçkilərində ayrı-ayrılıqda da iştirak edib, qurultay keçirəndən və Ədliyyə Nazirliyində hüququmuzu bərpa edəndən, yəni AXCP-nin həm də hüquqi cəhətdən bizə aid olmasından sonra artıq parlamentdə də təmsil olunmuş bir partiyaya çevriləcəyik. Bunu da hədəf kimi götürmüşük.

 

- Hansı dairədən namizədliyinizi irəli sürməyi nəzərdə tutmusunuz?

 

- Doğrusu, hələ bununla bağlı qərarım yoxdur. Hələ dairələrə baxmalıyam. İndi elə bir dairəni deyə bilərəm və oradan elə bir namizəd olar ki, Azərbaycan reallığında oradan kiminsə namizədliyini irəli sürməsi gülüş doğura bilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam