“Kərimli bəlası əbədidir”
Hər şey yenidən təkrarlanır, bu, çox pisdir!
"Xeberinfo.com": Bir siyasi kəsim illərdir ki, hər hansı bəhanə ilə bir media qrupunu hədəfə alıb.
Bir siyasət mövsümündə iki-üç dəfə hücuma keçir, illərdir ki, eyni ittiham və iddiaları təkrarlayır.
Bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu öz facebook statusunda qeyd edib.
O, qeyd edib ki, bu savaşın sürəsi vahimdir!
“1994-2015! İyirmi bir il! Arada kiçik fasilələr olub, barışıb, daha şiddətlə dalaşmışıq. Arada bölə bilməyəcəyimiz bir şey yoxdur, bizim baxışımıza görə. Onların baxışı budur ki, ya tabe olmalıyam, ya yox olmalı...” - deyə, qeyd edən, R.Arifoğlunun yazdığına görə, AXCP sədri Əli Kərimli və onun nəzarətində olan mətbuat onu bir vaxtlar Rüstəm İbrahimbəyova görə xain elan ebiblər:
“Ən son bunlar məni Rüstəm İbrahimbəyova görə xain elan elədilər, xatırlayırsınızmı? İlk gündən siyasi fəhmim və məlumatlar əsasında yazdım ki, bu layihə avantüradır, boş şeydir; bu adam gəlib başlatdığı sürəcin önündə durmayacaq.
Mən hər “...gəlməyəcək, Rusiya projesidir, sizi oynadırlar, kuklaya çeviriblər” yazdıqca, Kərimli dəstəsi “hurrey” deyə, üzərimə hücuma keçdilər. İndiki kampaniya nədir ki!
O zaman basqı, şantaj, təhqir, söyüş, iddia, qınaq və s daha ciddi, daha kəskin idi.
İndi heç o yazığı yada salan da yoxdur... Hanı İbrahimbəyov, Əli Kərimli? Gəldimi? Sizi başına yığıb, rejimin üstünə apardımı?
Bir nəfər belə sonradan məndən üzr istəmədi - ilk gündən dediyim düz çıxmışdı, İbrahimbəyov Milli Şuranı, Milli Şura da müxalifətə ümidlənən hər kəsi aldatmışdı.
Xalqdan və gerçəyi yazan “Yeni Müsavat”dan üzr istəmək əvəzinə yalanı da, bizə hücumu da daha da artırdılar. Bunlar belədirlər, islah yoxdur talelərində”.
R. Arifoğlu sonra qeyd edib ki, indi həmin dəstə onu Cəmil Həsənliyə görə hədəf alıb:
“... İndi mövsümlərdən Cəmil, yəni. Bir az sonra Arif Məmmədova görə vətən xaini və iqtidar nökəri elan olunacağıq, söyüləcəyik...
Yəni bu Kərimli çetesi mövsümi olaraq, kimlərisə “PİRİM, Şeyxim” deyə qucaqlayacaq, biz də gördüyümüzü və bildiyimizi yazacağıq; növbəti boşuna layihə olduğunu xalqa bəyan edəcəyik, bunlar da “vaveyla” deyib, itli-pişikli üstümüzə hücum çəkəcəklər?
Yetmədimi? Bezmədinizmi?...”
Baş yazarın yazdığına görə, əsl xain o kəsdir ki, 22 ildir çevrəsini və xalqı aldadır:
“Bu kəsimin iqtidar olma şansı yoxdur, heç zaman da olmayacaq... Bu kəsim siyasətin qarayarası, tualetidir - yaxınlaşdıqca üfunət iyindən, pislikdən başın çatlayır. Fəqət, özləri bu iyə öyrəncəli olublar. Başqa qoxuları da sevmirlər.
Bunlardan uzaq durmaq lazımdır, vətəndaşlar! Bunların heç gələcəyi-görəcəyi yoxdur! Bunu mən yazıram!
27 ilini siyasətə vermiş, bu məkanda hər kəsi tanıyan, milli azadlıq hərəkatının ən uğurlu layihəsinin başında duran, Azərbaycanın yeni tarix mediasını və söz azadlığını təmsil edən, yaradan və qoruyanlardan biri olaraq!”