Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

19 may faciəsi və “kredit qalmaqalı” bir arada

                       

 

Xəqani Bəşirovu kim himayə edir?

Keçmiş “raykom” katibi ilə Xəqani Bəşirovu nə birləşdrir?

“Xeberinfo.com”:   Məlum 19 may faciəsi və “kredit qalmaqalı” ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. 16 nəfəırin ölümnə səbəb olan yanğın Azərbaycan cəmiyyətrini sirkələdi və bir çox qaranlı məqamların üstünü açdı. Məlum oldu ki, bu yanğının əsas günahkarlarndan biri Xəqani Bəşirov adlı şəxsdir. Məlumata görə Bakıya yanan üzlükləri onun “Global Construction” şirkəti gətirib. O da məlum oldu ki,  Xarici Dillər Universitetinin fransız dili fakültəsinin məzunu, Azərbaycanla yanaşı həm də Fransa vətəndaşı olan Xəqani Bəşirovunun Azərbaycan Beynəlxalq Bankına külli miqdarda- məlumatlara görə 185 milyon manat kredit borcu var. İddialar görə, Xəqani Bəşirov külli miqdarda vəsaiti mənimsəmək məqsədilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu “Oceanstream INC” şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış “General Construction” MMC-nin təsisçilik hüququnu əldə edib. Daha sonra “Xəzər Menecment Sistems” MMC, “Ceneral Construction” MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lər tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qanunsuz olaraq külli miqdarda kredit alıb.

Bu istiqamətdə müəyyən araşdırma aparmışıq və çox ilginc məlumatlar əldə etmişik. Əldə etdiyimiz ilkin məlumat ondan ibarətdir ki, Xəqani Bəşirov bu məsələlərdə yalnız formal rol alıb. Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kreditin Xəqani Bəşirovun adına rəsmiləşdirilməsi planlı şəkildə olub və onun ölkədən qaçması da həmin planın tərkib hissəsidir. Necə deyərlər, hədəf yoxdu, problem də yoxdu. Məlumatlı şəxsin “xeberinfo.com”a bildirdiyinə görə, əslində bu işlər tamamilə başqa adamların nəzarətində olub. Onlar bu kreditlə həm də bəzi müsəssiləri ələ keçirə biliblər.

Bütün bunları araşdırırıq və növbəti sayımızada oxucularımıza təqdim edəcəyik.

 

Kamandar

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam