Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Binaları üzləyən şirkətin sahibinin adı maliyyə fırıldaqçılığında

 

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən dəhşətli yanğın nəticəsində onlarla insanın həyatını itirdiyi yaşayış binasını tikən şirkətin sahibinin adı Beynəlxalq Bankdakı maliyyə fırıldaqlığında hallanır

"Xeberinfo.com":  Məlumata görə, hadisə yerində olan baş prokuror Zakir Qaralov bildirib ki, ilkin ehtimallara görə, yanığına səbəb kimi binaya vurulan üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır.
Ölkə.az-ın əldə etdiyi məlumata görə, binaya vurulan üzlük örtüyünün “Global Construction” şirkətinin tərkibinə daxil olan olan daxil olan “Stone Construction” şirkəti həyata keçirib.
 “Stone Construction” binalara üzlük örtüklərinin çəkilməsi ilə ixtisaslaşıb. Şirkət tərəfindən Bakı və Gəncədə bir çox binaların üzlük örtükləri çəkilib. Hətta Gəncədə yerləşən “Zəfər tağı” kompleksi də Xəqani Bəşirovun “şah əsərlər”indən biri sayılır.
2006-cı ildə təsis edilən “Global Construction” şirkətin sahibi 54 yaşlı azərbaycanlı biznesmen Xəqani Bəşirovdur. Xairci Dillər Universitetinin fransiz dili fakultəsini bitirən Xəqani Bəşirov Azərbaycan və Fransa vətəndaşı olmaqla yanaşı, lobbiçilik fəaliyyəti ilə də tanınır. O, Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir.
İntellektual, fransızdilli və uğurlu karyerya sahib olan biznesmenin ilk baxışdan gözoxşayan yaradıcılığı qurub-yaratdığı şirkətlərlə kifayətlənmir. Xəqani Bəşirov personası 2011-ci ildə Beynəlxalq Bankdan mənimsədiyi 185 milyon manatlıq kreditdə gündəmə gəlib. 2011-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xüsusi mühüm işlər üzrə böyük müstəntiqi Zakir Məmmədovun verdiyi vəsatət, baş prokuror Zakir Qaralovun verdiyi təqdimatda deyilir ki, Bəşirov Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat kredit alıb və qaytarmayıb:
«Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədi ilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu «OCEANSTREAM İNC» şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış «General Konstrakşn» MMC-nin təsisiçilik hüququnu əldə edərək, «Xəzər Menecment Sistems» MMC, «Ceneral Konstrakşn» MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş «Aygün İnşaat», «Aqora», «Pərvanə», «Uni Oyl», «Alfa Layn», «Beta Layn», «Kondor Qrup» və «Siqma Layn» MMC-lər tərəfindən «Azərbaycan Beynəlxalq Bankı» ASC-dən (ABB) qanunsuz olaraq alınıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib».
Xətai rayon məhkəməsi bu təqdimata əsasən Bəşirovun həbsinə sanksiya verib. 5 aylıq həbsdən sonra Bəşirov müəmmalı şəkildə azad edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam