Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək”

 

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün kifayət qədər hüququ baza var”. 

 

"Xeberinfo.com":  APA-ya istinadən məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

“Birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, biz son illər apardığımız siyasət nəticəsində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut edə bilmişik. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və biz BMT-yə üzv olduqda bütün dünya tərəfindən siyasi müstəvidə Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi, parçası kimi qəbul edilib. 

Üçuncüsü, əlbəttə ki, bu gün Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz səviyyədədir. 

Dördüncüsü isə iqtisadi faktordur. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından  ən azı 10 dəfə böyükdür və güclüdür”, - deyə dövlət başçısı vurğulayıb.   

Prezident bir daha xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: “Postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul edilib və orada da açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyri-şərtsiz çıxmalıdır. Ermənistan bunu təhrif etməyə nə qədər çalışsa da, mümkün deyil, çünki bu yazılıb və dərc edilib”. 

Dövlət başçısı qeyd edib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam