Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək"

 

 "Əminliklə deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq. Çünki həlli mümkün olmayan münaqişə yoxdur”.
 
"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda nikbinlik üçün əsaslar var: “Dağlıq Qarabağ münaqişəsi hazırkı vəziyyətdə qala bilməz. Problemin həlli üçün beynəlxalq hüquqi baza, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəyinə dair öhdəliklər götürür. Ermənistan isə bu öhdəliyi yerinə yetirmir. Lakin Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır. Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasətinin nəticəsidir ki, bu ölkə Cənubi Qafqazda həyata keçirilən bütün layihələrdən təcrid olunub. Əminliklə deyirəm ki, münaqişə yaxın gələcəkdə həll olunacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam