Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

İlham Əliyevin Zirvə görüşündəki çıxışı -Türkiyə mediasında

İlham Əliyevin Zirvə görüşündəki çıxışı Türkiyə mediasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilmiş videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışı Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Yenixeber.org: Anadolu agentliyi, “Haber Global” telekanalı, “Milliyyət”, “Sabah” və digər nüfuzlu KİV-lər həm Zirvə görüşü, həm də Prezident İlham Əliyevin tədbirdəki çıxışına geniş yer ayırıblar.

Türk Şurasının perspektivli beynəlxalq təşkilata çevrildiyini diqqətə çatdıran KİV-lər Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışının ayrı-ayrı hissələrini manşet material kimi təqdim ediblər. Türkiyə mediası, həmçinin tanınmış analitiklərin və publisistlərin mövzu ilə bağlı şərhlərini türkdilli ictimaiyyətə təqdim edib. Vurğulanıb ki, Azərbaycanın ötən il apardığı 44 günlük Vətən savaşı ilə regionda yeni münasibətlər mənzərəsi yaranıb.

Diqqətə çatdırılıb ki, tədbirdə çıxışı zamanı mövcud vəziyyəti dəyərləndirən Prezident İlham Əliyev deyib: “Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam