Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

"Qərarın ləğvi üçün müraciət etmək fikrində deyiləm"

 

Vurğun Əyyub Müsavat Partiyasının sıralarından çıxarılması ilə bağlı verilən qərarı əsassız hesab edir.

 

"Xeberinfo.com":  Məlumata görə, V.Əyyub Trend-ə bildirib ki, bu, gözlənilməz qərar deyil: “Çünki Müsavat Partiyasının mövcud qeyri-legitim rəhbərliyi bu qərarı əldə etmək üçün çoxdan çalışırdı”.

O qeyd edib ki, 3-4 nəfər yığışıb partiyadan onu xaric edib. V.Əyyubun sözlərinə görə, bu qərarı verən adamlar nizamnamədən kənar addım atdıqlarının fərqində deyillər və mənəvi məsuliyyətlərini unutmuş adamlardırlar:

“Mənim guya partiyada qərarlara tabe olmadığımı əsas gətirirlər, amma hansı qərara tabe olmadığım bəlli deyil. Guya mən üzvlük haqqı ödəməmişəm. Mənim Müsavat Partiyasının qurulması, fəaliyyəti istiqamətində xərclədiyim pulları bu adamlar həyatları boyu üzvlük haqqı şəklində verə bilməzlər”.

Partiya funksioneri qeyd edib ki, bu qərar Müsavat Partiyasının rəhbərliyinin onu qeyri-legitim hesab edən Vurğun Əyyubdan qisas almaqdan başqa bir şey deyil.

V.Əyyub qərarın ləğv edilməsi istiqamətində hər hansı bir səy göstərməyəcəyini bildirib: “Qərarın ləğvi üçün müraciət etmək fikrində deyiləm, çünki qeyri-legitim orqanların verəcəkləri qərar mənim üçün indidən aydındır və partiyanın qurumları bir nəfərin iradəsi ilə oturub durur”.

Qeyd edək ki, V.Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplantısında verilib. Qərarın verilməsində V.Əyyubun özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymaması, qərarlara tabe olmaması, üzvlük haqqını ödəməməsi əsas gətirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam