Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Elman Fəttah kimi uşaqlar ağzına gələni danışır”

 

"Hər kəsin haqqımda söylədiyi fikirlərə münasibət bildirmək istəmirəm”.
"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az saytına Müsavat Partiyasının üzvlüyündən xaric olunan Vurğun Əyyub deyib. Onun fikrincə, bu cür ittihamlarla irəli getmək olmaz:
“Müsavat Partiyasında demokratik ənənələrə sadiq, ləyaqətli xeyli insan var. Onların bir qismi də partiyada baş verənlərə qarşı etirazlarını bildirib. Partiyanın qarşısında keçirilən aksiyanı normal qarşılayıram. Məni dəstəkləyən, müdafiə edən insanlara təşəkkürümü bildirirəm”.
Vurğun Əyyub əlavə edib ki, onda olan məlumatlara görə, özəyin onu üzvlükdən çıxartması zamanı nizamnamə qaydalarına əməl olunmayıb:
“İclas günü xəstə olduğum üçün özəyin rəhbərinə mesaj yazaraq bunu bildirmişəm Xəstə olmağımı belə nəzərə almadan, guya məni özəyin dəvətinə sayqısızlıq göstərdiyimə görə partiyadan xaric ediblər. Bu da heç bir nizamnamə qaydalarına və insanlığa yaraşmayan bir hərəkətdir”.
Partiyaya üzvlük haqqının ödəməməsi məsələsinə gəlincə, Vurğun Əyyub qeyd edib ki, bu günə kimi heç kim ondan üzvlük haqqı istəməyib:
“Mənim partiyanın illər boyu təşkilatlanması və inkişafı üçün xərclədiyim şəxsi vəsaitləri heç ömür boyu üzvlük haqqı verə bilməzlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam