Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vurğun Əyyub Məclis üzvlüyündən çıxarıldı

 

Bu gün Müsavat Məclisinin toplantısında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi qaldırılıb.
"Xeberinfo.com":  Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı bildirib ki, Vurğun Əyyub mətbuata açıqlamasında özünü Məclis üzvü hesab etmədiyini və toplantılarına qatılmayacağını bəyan edib.
O, V. Əyyubun Məclis üzvlüyündən çıxarılmasını səsverməyə qoymağı təklif edib.
Müsavat başqanının müavini Elman Fəttah isə qeyd edib ki, V. Əyyubun Məclis üzvlüyündən çıxarılması səs verməyə qoyulmalı deyil, çünki artıq bu istefadır və Məclis üzvləri tərəfindən təsdiq olunmalıdır.
Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə V. Əyyubun Məclis üzvlüyündən çıxarılması ilə razılaşmayaraq, qeyd edib ki, mətbuatdakı açıqlamalar əsas götürülməməlidir.
Sabiq başqan İsa Qəmbər isə qeyd edib ki, V. Əyyubun məsələsi çox uzanır: “Heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub bizim köhnə dostumuzdur və ona qarşı belə hörmətsizliyi qəbul etmirəm. Ancaq Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.
Təklif nəzərə alınaraq, V. Əyyubun adı Məclis üzvlüyündən çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam