Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müxalifət bizimlə eyni Tanrıya sitayiş etmir”

 

“Bəzi müxalif mövqeyli insanlara nəinki qüvvələr, heç dairələr də demək düzgün deyil. Onlar çox az sayda olan insan qrupudur ki, cəmiyyət tərəfindən boykot edilib”

"Xeberinfo.com":  Məlumata görə, bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. 

Vitse-spiker bəzi müxalifər təmsilçilərinin Bakıda keçiriləcək Avropa Oyunlarını boykot çağırışlarına da münasibət bildirib.
“Onlar dünya ictimaiyyətinə müəyyən çağırışlar edərək yaddaşlarda qalmaq istəyirlər. Bu insanlar nə Azərbaycanın ümumi ictimai-siyasi mühitinə, ölkəmizdə keçirilən seçkilərin nəticələrinə, nə də beynəlxalq tədbir və yarışların Bakıda keçirilməsinə mənfi təsir göstərə bilməzlər. 
Onlar özlərini pis vəziyyətə salıblar. Bu insanların kimin səsinə səs vermələri, kimləri boykota səsləmələri Azərbaycan xalqını düşündürmür. Müxalifət varlığını hiss etdirmək üçün bu addıma əl atır. Azərbaycana qarşı çirkin kampaniyaya başlamaq onlara başucalığı gətirmir”.
B.Muradova Azərbaycana ləkə yaxmağa çalışan insanların onlarla bir Tanrıya sitayiş etmələrinə şübhə ilə yanaşıb: “Qoy, bu məsələni bir onlar, bir də tanrıları bilsin. Mən onların bizimlə birlikdə eyni Tanrıya sitayiş etmələrinə şübhə edirəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam