Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Heç bir təzyiq artıq Azərbaycanı öz yolundan döndərə bilməz”

 

"Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmiz və xalqımız üçün böyük uğurdur, tarixi hadisədir. Bu oyunların Azərbaycana salınması həm də ölkəmizin dünyada, xüsusilə, Avropada yerinin, rolunun, çəkisinin, nüfuzunun göstəricisi,  bariz nümunəsi, etirafıdır".

 

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Milli Məclisin (MM) Aqrar siyasət komitəsdinin sədri Eldar İbrahimov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, digər inkişaf etmiş, qabaqcıl, dövlətçilik ənənələrini daha qədim olan Avropa ölkələrinin əvəzində  ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsi eyni zamanda onun sübutudur ki, Azərbaycan həqiqətən nəinki regionun, hətta, Qərbin, Avropanın, dünyanın lider dövlətlərindən biridir: “Azərbaycan dinamik, sıçrayışlı inkişaf yolu ilə addımlayan, böyük zəfərlərə imza atan bir ölkədir. Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf,  tərəqqi, təhlükəsizlik mövcud olmasaydı,  Avropa tərəfindən belə bir idman yarışmasının Azərbaycanda keçirilməsinə heç cür razılıq verilməzdi. Artıq avropadakılar, qərbdəkilər də fərqindədirlər ki, Azərbaycan güclu inkişaf, tərəqqi yolundadır, bu ölkədə demokratik, hüquqi əsaslara söykənən ictimai-siyasi sabitlik var, bu ölkədə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Odur ki, məhz bu səbəblərdən Avropa ailəsi, böyük təsir və nüfuz sahibi olan Avropa dövlətləri, o cümlədən,  Avropa Olimpiya Komitəsi belə bir nəhəng, möhtəşəm idman yarışmasının Azərbaycanda keçirilməsinə qərar veridilər.

 

Onu da fəxr və qürur hissi ilə demək lazımdır ki, məhz Azərbaycan cəmi iki il yarıma bu oyunlara belə yüksək səviyyədə hazır ola bilərdi. Ötən müddət ərzində  oyunlara hazırlıqla bağlı Azərbaycanda möhtəşəm işlər görülüb. Halbuki, bir sıra ekspertlər, təşkilatlar hesab edirdilər ki, qısa zaman kəsiyində bu cür oyunlara hazırlaşmaq mümkün deyil. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsinin səyləri nəticəsində yüksək səviyyədə hazırlıq işləri həyata keçirildi, bu gün də keçirilməkdədir və Bakı, bütövlükdə Azərbaycan  Avropa Oyunlarına tam hazırdır. Dünya da, Avropa da, bu oyunların Azərbaycanda keçirilməsinə qərar verənlər də  bir daha şahidi oldu ki, Azərbaycan nəyə qadirdir, hansı işləri görür və hansı işləri görə bilər".

 

Komitə sədri qeyd edib ki, ilk Avropa Oyunlarının Azərbaycana salınması bəzi xarici və daxili qüvvələrin, dairələrin ürəyincə deyil: “Həmin- bir-biriləri ilə sinxron fəalyyət göstərən xarici və daxili qüvvələr, ermənipərəst anti-Azərbaycan dairələr bu oyunların Azərbaycanda keçirilməsindən ciddi şəkildə əndişələniblər, böyük təlaş, həyacan, qüssə-kədər içindədirlər. Onlar heç cür inana, həzm və qəbul edə bilmirlər ki, məhz Azərbaycan belə bir idman yarışmasına ev sahibliyi etsin. Ona görə də neçə müddətdir yenidən anti Azərbaycan kampaniyasına strat veriblər, bu oyunların baş tutmaması üçün hər cür rəzil addımlara gedirlər və getməkdədirlər.

 

Elə bu günlərdə Avropa Parlamentində Avropa Oyunları ilə bağlı məlum "dinləmələr"in keçirilməsi də buna əyani sübutdur. Düzdür, həmin "dinləmələr"i təşkil edənlər bunu Avroparlamentin adından sırımaq istəyirlər, amma ora qatılanların sayı və tərkibi göstərir ki, bu, Avroparlamentin adından olan bir təbdir sayıla bilməz. Onlar-Avropatrlamentdəki anti-Azərbaycan qüvvələr əslində bir daha bununla Azərbaycana qarşı münasibətlərini ortaya qoymuş, daim örtməyə, gizlətməyə, pərdələməyə çalışdıqları simalarını, mahiyyətlətini açıb göstərmiş oldular. Onların bu addımı Azərbaycanın inkişafını, müstəqil dövlət olmasını, heç kimin diktəsi ilə hərəkət etməməsini və müstəqil siyasət yeritməsini qəbul edə bilməməklə bağlıdır.

 

Görün həmin dairələr nə günə qalıblar ki, Vətən və dövlət xaini Ələkrəm Hümmətov kimi insanların sözünə möhtac durumundadırlar. Onu öz "tədbirlər"inə dəvət etməklə, ic üzlərini bir daha açmış olublar. Axı, görəsən, onlar anlamırlarmı ki,  Ələkrəm Hümmətov və onun kimi vətən, dövlət xainləri heç zaman Azərbaycan xalqı və dövləti adından danışa, onu təmsil edə bilməzlər. Çünki onlara-Ələkrəm Hümmətov kimi satqınlara, erməni muzdurlarına, damarlarında azərbaycanlı qanı axmayan birilərinə və birisinə Azərbaycan xalqı arasında heç zaman yer olmayıb və bundan sonra da ola bilməz. Onlar hər zaman Azərbaycan xalqı tərəfindən nifrətlə anılıblar və  anılacaqlar. Ancaq kimi dəvət edirlər-etsinlər,  hansı "dinləmələr"i keçirirlər-keçirsinlər, hansı qərarları qəbul edirlər-etsinlər, heç bir əhəmiyyəti və xeyri yoxdur. Həmin anti-azərbaycan qüvvələrin cəhdləri hər zaman olduğu kimi,  bundan sonra da baş tutmayacaq. Onların məkrli niyyətləri növbəti dəfə öz başlarında çatlayacaq. Çünki Azərbaycan dünyada imzasını imzalar içinə atmış bir ölkədir”.

 

E.İbrahimov deyib ki, Azərbaycan dünyanın söz və nüfuz sahibi olan ölkələrindədir: “Heç bir şantaj, təhdid, təzyiq artıq Azərbaycanı öz yolundan döndərə bilməz və bilməyəcək. Azərbaycan "Eurovision-2012" mahnı yarışması kimi, ilk Avropa Oyunlarına da uğurlu evsahibliyi edəcək və bununla dostlarını bir daha sevindirəcək, düşmənlərini, bədxahlarını isə bir daha məyus edəcək".

 

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam