Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Lavrov Paşinyanın yalanını İFŞA ETDİ: -Azərbaycan 62 erməni hərbçini…

Hərbi əsirlər məsələsi 9 noyabrda imzalanan bəyanatın bir hissəsidir və bu məsələ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqlarında, həmçinin mənim Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə söhbətlərimizdə müzakirə olunub.

Yenixeber.org: Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hərbi əsir məsələsi Azərbaycan və Ermənistan liderlərinin Moskva səfərində uzun müzakirənin bir hissəsi olub.

Lavrov bildirib ki, itkin və əsirlər məsələsində tərəflərə siyahı hazırlanması tapşırılıb. Azərbaycan tamamlanmış siyahı təqdim edib və problemi həll olunub. Ermənistan tərəfindən isə siyahı dərhal təqdim edilməyib və natamam olub. Ağoğlan qəsəbəsi istiqamətində Azərbaycan Ordusu tərəfindən erməni hərbçilərin əsir götürülməsi məsələsi ortaya çıxandan sonra məsələ qəlizləşib. Azərbaycan tərəfi 62-dən çox hərbçinin atəşkəs elanından sonra əraziyə göndərildiyini açıqlayıb.

Nazir qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov azərbaycanlı və erməni həmkarları ilə əlaqələr qurmağa davam edir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 11 yanvar görüşündən sonrakı açıqlamasında hərbi əsir məsələsinin həll olunmamış qaldığını demişdi. (publika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam