Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Lavrov: -“Paşinyanla Qarabağla bağlı humanitar mərkəz məsələsi müzakirə ediləcək”

Lavrov: “Paşinyanla Qarabağla bağlı humanitar mərkəz məsələsi müzakirə ediləcək”

Rusiyanın qurumlararası nümayəndə heyəti Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ üzrə yaradılan qurumlararası humanritar yardım mərkəzi ətrafında və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparacaq.

Yenixeber.org: TASS xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu gün – uzanan danışıqlardan sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 9-da qan tökülməsinə son qoyan və bütün ölçülərdə, o cümlədən humanitar səviyyədə vəziyyəti sabitləşdirmək üçün fürsət yaradan bəyanatın qəbul edildiyi vəziyyətdə münasibətlərimizin bütün spektrinə baxmaqda maraqlıyıq. Bizim sülhməramlılar bu razılaşmanın həyata keçirilməsində, o cümlədən humanitar yardımının göstərilməsində fəal iştirak edirlər”, - Lavrov deyib.

O həmçinin qeyd edib ki, yaradılmaqda olan qurumlararası humanitar yardım mərkəzi ilə əlaqəli məsələləri də müzakirə edəcəklər: “Bu da yeni strukturdur və o, mülki əhalinin ehtiyaclarını ödəmək, mülki infrastrukturu bərpa etmək üçün çalışacaq”.

Rusiya XİN başçısı vurğulayıb ki, eyni zamanda iqtisadi əməkdaşlığın aktual məsələləri, energetika sferasındakı əməkdaşlıq da müzakirə ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam