Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Paşinyandan SENSASİON ETİRAF: -Əgər bu əraziləri qaytarmasaq, müharibə...

Paşinyandan SENSASİON ETİRAF: Əgər bu əraziləri qaytarmasaq, müharibə...

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan istiqamətində Sovet Ermənistanının sərhədlərinə çəkilib.

Yenixeber.org: Bu barədə ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibəsində danışıb.

O bildirib ki, bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonası ilə erməni qoşunlarının nəzarəti altındakı zona üst-üstə düşəcək və KTMT qüvvələri artıq harada reaksiya göstərə biləcəyini, haqqının olmadığı yerləri müəyyənləşdirəcək.

N.Paşinyan cəmiyyətdə iddia olunanların əksinə, azərbaycanlıların Ermənistan ərazisinə girmədiklərini, Sünik bölgəsinin heç bir ərazisinin "işğal" olunmadığını sözlərinə əlavə edib.

O, erməni qoşunlarının Qarabağın Kəlbəcər, Zəngilan və Qubadlı (44 günlük müharibədən sonra Azərbaycana məxsus rayonlar ermənilər tərəfinən artıq özlərinin uydurma adları ilə deyil, tarixi adlarla qeyd olunur – red.) rayonlarının kiçik bir hissəsini əllərində saxladıqlarını qeyd edib. "Lakin bu ərazilər saxlanılmağa davam edərsə, Ermənistanın qanuni olaraq xarici ərazini işğal etdiyi ortaya çıxa bilər və müharibə Ermənistanın öz ərazisində gedə bilər", - deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük "Dəmir yumruq" əməliyyatı ərzində işğalda olan Azərbaycan ərazilərinin tamamilə erməni separatçılarından təmizləndiyini və orada heç bir erməni hərbi ünsürün olmadığını dəfələrlə bəyan edib. Görünür, Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün hələ də ictimaiyyətini aldatmaq metodundan yapışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam